Transplantoloq: Böyrək nəqlində yaş artıq əks göstəriş hesab olunmur
01.07.2026 11:40

Böyrək transplantasiyası son mərhələ böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran effektiv müalicə üsullarından biridir.

 

Aztibb.az xəbər verir ki, ümumi cərrah-transplantoloq Tariyel Nadirovun sözlərinə görə, müasir tibbdə orqan transplantasiyası zamanı yaş amili artıq mütləq əks göstəriş hesab edilmir.

 

Həkim bildirib ki, uzun müddət böyrək çatışmazlığı səbəbindən nefroloq nəzarətində olan 72 yaşlı pasiyentə dializ mərhələsinə çatmadan, yəni preemptiv böyrək transplantasiyası həyata keçirilib. Əməliyyatdan sonra donor ikinci gün, pasiyent isə altıncı gün sağlam vəziyyətdə evə buraxılıb.

 

Tariyel Nadirov vurğulayıb ki, transplantasiya qərarı verilərkən əsas meyar xəstənin yaşı deyil, ümumi sağlamlıq vəziyyətidir. Xüsusilə ürək-damar və tənəffüs sisteminin əməliyyata uyğun olması qiymətləndirilir. Bu göstəricilər qənaətbəxş olduqda, yaşlı şəxslərdə də böyrək transplantasiyasının uğurla həyata keçirilməsi mümkündür.

 

Mütəxəssisin sözlərinə görə, vaxtında aparılan qiymətləndirmə və düzgün seçilmiş müalicə taktikası sayəsində son mərhələ böyrək çatışmazlığı olan xəstələr dializə başlamadan da uğurla böyrək transplantasiyası oluna bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır