ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
29.06.2026 12:19

  Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti dərc hazırlanıb.

 

Universitetdən Aztibb.az-a verilən xəbərə görə, müasir hərb elmi və hərbi təbabətin təcrübəsi nəzərə alınmaqla ərsəyə gətirilən kitab 5 hissədən ibarətdir. I hissə “Psixiatriyanın ümumi problemləri”, II hissə “Ümumi psixopatologiya”, III hissə “Xüsusi psixiatriya”, IV hissə “Hərbi psixiatriyanın seçilmiş sualları”, V hissə isə “Hərbi qulluqçuların psixi sağlamlığı” adlanır.

 

Dərs vəsaitində ənənəvi mövzularla yanaşı, “Hərbi-həkim və məhkəmə psixiatriya ekspertizası”, “Hərbi qulluqçularda simulyativ davranış pozuntuları”, “Hərb dövrünün psixi pozuntuları”, “Hərbi peşə zərərlərinin təsiri nəticəsindən yaranan psixi pozuntular”, “İstilik zədələnmələri nəticəsində yaranan psixi pozuntular” adlı mövzular yer alıb. Bundan əlavə, kitabda hərbi qulluqçuların psixi sağlamlığı, sülh və müharibə dövründə psixiatriya yardımının təşkili, psixoprofilaktika və psixogigiyena məsələləri kimi istiqamətlər də öz əksini tapıb.

 

Kitabın müəllifi ATU-nun Hərbi Tibb Fakültəsinin Tibb xidmətinin təşkili və taktikası kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru (PhD), istefada olan tibb xidməti polkovniki Elşad Sabir oğlu Mehdiyevdir.

 

Kitabdan həkim-psixiatrlar, hərbi hissə həkimləri, həkim-narkoloqlar və klinik psixoloqlar da istifadə edə bilərlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır