Azərbaycanlı alimlərin birgə müəllifi olduğu tədqiqat işi nüfuzlu xarici jurnalda dərc edilib
08.04.2021 15:50
Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedrasının əməkdaşlarının həmmüəllifi olduqları elmi iş nüfuzlu jurnalda dərc edilib. Alimlərin əldə etdiyi nəticələr "Scopus" indeksləmə bazasına daxil olan “Химия растительного сырья” jurnalında işıq üzü görüb.
 
Aztibb.az xəbər verir ki, “Изучение состава эфирного масла Achillea nobilis L. и его антибактериальное влияние на изменение ультраструктуры клеток Staphylococcus aureus” mövzusu üzrə birgə tədqiqat ATU-nun Farmakoqnoziya kafedrasının professoru Yusif Kərimov, baş müəllimi Elvin Kərimli, Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov, assistent Səbinə İsrafilova, Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Sevda Muradova və ETM-in Elektron Mikroskopiya şöbəsinin əməkdaşı, b.e.i. Fuad Rzayevdən ibarət müvəqqəti kollektiv tərəfindən aparılıb.
 
Qeyd edək ki, ilk dəfə olaraq Azərbaycan ərazisində geniş yayılan Achillea nobilis L. bitkisindən alınan efir yağının kimyəvi tərkibi müasir üsullarla öyrənilib. Bundan əlavə, əldə olunan efir yağının bioloji aktivliyini müəyyən etmək məqsədilə həmin maddə Staphylococcus aureus bakteriyasına qarşı istifadə olunmuş və Transmission Elektron Mikroskop (TEM) vasitəsilə mikroorqanizmlərin ultrastrukturunda baş verən dəyişikliklər təsvir edilmiş, eləcə də inkişaf etmiş ölkələrin müasir molekulyar biologiya mərkəzlərində əldə olunmuş məlumatlarla müqayisəli təhlil olunmuşdur.
 
Elmi məqalə ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
 
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Təcili tibbi yardım sahəsində peşəkar pediatr