Qoşqar Təhməzli istehsalat müəssisəsinin fəaliyyəti ilə tanış olub
14.08.2026 11:36

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub.

 

Bu barədə Aztibb.az-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib.

 

AQTA sədri müəssisənin “Çörəkçi” sahəsində xammalın qəbulu və emal prosesləri ilə tanış olub, həmçinin dəyirman sahələrinə baxış keçirib.

 

Müəssisənin rəhbəri tərəfindən istehsal sahələrində həyata keçirilən işlər, istehsal proseslərinin təşkili və qida təhlükəsizliyi tələblərinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.

 

Qoşqar Təhməzli istehsal proseslərində qida təhlükəsizliyi tələblərinə riayət olunmasının, məhsulların təhlükəsizliyinin təmin edilməsinin və istehlakçıların sağlamlığının qorunmasının vacibliyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev