Azərbaycanda Daun sindromlu şəxslər üçün yeni layihə həyata keçirilir
29.03.2021 13:13

“Kapital Bank” və “Qırmızı Ürəklər” (Red Hearts) Xeyriyyə Fondu Daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.

 

Daun sindromlu şəxslər hələ də cəmiyyətə tam inteqrasiya olunmur. Buna əsas səbəb onların hər şeyə sevgi ilə yanaşmaları və çox həssas xarakterə malik olmalarıdır. Amma əslində “Günəş uşaqlar” adlandırılan Daun sindromlu şəxslər, dünyanın müxtəlif yerlərində və bir sıra sahələrdə kifayət qədər uğurlu ola bilirlər.

 

Onların uğurlu olduğu əsas sahələrdən biri incəsənətdir. Həssas xarakterləri ilə assosiasiya edilən musiqi, rəsm kimi incəsənət sahələrində Daun sindromlu insanlar dünya səviyyəsində şöhrət qazana bilirlər. Azərbaycanda isə bu sindroma sahib olan şəxslər hələ də cəmiyyətdən izolyasiya olunmuş formada yaşayır. Yəni problemin əsas çıxış nöqtəsi cəmiyyətin baxış bucağıdır.

 

Yeni layihə çərçivəsində “Kapital Bank” və “Qırmızı Ürəklər” fondu, aztəminatlı ailələrin himayəsində olan Daun sindromlu uşaqlar üçün 4 istiqamətli (rəsm, rəqs, kulinariya və qurama sənəti) təlimlər təşkil etmək üçün vəsait ayıracaq. Həmçinin “BirBank” mobil tətbiqinin istifadəçiləri aprelin 10-dək Daun sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə ianələr edə bilərlər.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib