Hərbi hospitalın yoluxucu xəstəliklər bölməsinin açılışı olub  
18.03.2021 15:15

Azərbaycan Müdafiə naziri Zakir Həsənov hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq Hərbi hospitalın əsaslı təmir edilən Yoluxucu xəstəliklər bölməsinin açılışında iştirak edib.

 

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

Açılış mərasimində qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər davam edir, hərbi hissələrdə müasir standartlara cavab verən tibbi infrastruktur yaradılır.

 

Yoluxucu xəstəliklər bölməsindəki şəraitlə tanış olan Müdafiə naziri manipulyasiya və diaqnostika otaqları, intensiv terapiya palatası, yarım boks və tam boks tipli palatalar, nəzarətdə qalan xəstələr üçün ayrılmış palata və xəstələrin qəbulu otağına baxış keçirib.

 

Bildirilib ki, inkişaf etmiş ölkələrdə istehsal edilən ən müasir tibbi avadanlıqlarla təchiz edilən bölmədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

 

Sonda Zakir Həsənov tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

 
ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Kəngərli rayonunun Çalxanqala kəndində tibbi müayinə aksiyası təşkil olunub
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Prezident elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb