ATU-nun Tədris Terapevtik Klinikasında əyani təhsilin başlamasıyla əlaqədar toplantı keçirildi
17.02.2021 16:02
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında tədris prosesi və müalicə işinin daha da təkmilləşdirilməsi məqsədilə toplantı keçirilib.
 
Tədbirdə klinikanın Pediatriya, Terapiya, Endokrinologiya, Nefrologiya, Kardiologiya, Revmotologiya, Qastroenterologiya, Nevrologiya, Şüa diaqnostika, Reanimasiya, Fizioterapiya və Hematologiya şöbələrinin həkim-rezidentləri iştirak ediblər.
 
Toplantıda fevral ayının 15-dən əyani təhsilin başlamasıyla əlaqədar olaraq həkim-rezidentlərin vəzifələri, öhdəlikləri, rotasiyaların bölünməsi, seminarların təşkili və digər məsələlər müzakirə olunub.
 
Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev, ATU-nun Rezidentura şöbəsinin müdiri, professor Nailə Sultanova, direktorun müavini Samir Allahverdiyev və direktorun müalicə işləri üzrə müavini Fəridə Hacıyeva tərəfindən həkim-rezidentlərin sualları cavablandırılıb.
 
Qeyd edək ki, 2021-ci il 15 fevral tarixindən etibarən klinikada əyani təhsil bərpa edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır