Azərbaycan Tibb Tələbələrinin I Nefrologiya Forumu keçirilib
01.04.2024 14:31
TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Azərbaycan Tibb Tələbələrinin I Nefrologiya Forumu baş tutub.
 
Klinikadan Aztibb.az-a verilən xəbərə görə, forumun əsas məqsədi ölkə daxilində və xaricində tibb təhsili alan gəncləri bir araya gətirərək onları Azərbaycan Respublikasının Prezidentinin həyata keçirdiyi islahatlar sayəsində hər gün daha da inkişaf edən Azərbaycan səhiyyəsi, yaradılan şərait və mövcud perspektivlərlə tanış etmək olub.
 
Forumda Yeni Klinikanın direktoru Barat Yusubov Azərbaycanda gənclərin ölkə daxilində və xaricdə təhsil almalarının müsbət hal olduğunu deyib, təhsilli, dünyagörüşlü, yüksəkixtisaslı kadrların ölkənin inkişafı və uğurlu gələcəyində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar.
 
“Prezident İlham Əliyev deyib: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram". Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə başçısının etimadını həmişə doğrultmalı, hər an Ali Baş Komandanın verəcəyi əmrə müntəzir olmalıdırlar. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir”, - deyə Barat Yusubov qeyd edib.
 
Direktor, həmçinin nefrologiya sahəsində öz təcrübələrini tələbələrlə bölüşərək “Nefrologiya nədir? Azərbaycanda nefrologiya” mövzusunda çıxış edib.
 
Bugünkü tədbirin gənclərlə bağlı layihələrin müzakirəsi, ideya mübadiləsinin aparılması baxımından mühüm platforma olduğunu qeyd edən Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli xaricdə tibb sahəsində təhsil alan tələbələrə müraciət edərək, onların ideyaları üçün ölkədə bütün şəraitin yaradıldığını bildirib.
 
Daha sonra Elnur Fərəcov “Yaponiyada nefrologiya”, Cəbrayıl Cəbrayılov “Türkiyədə nefrologiya”, Kərəm Məmmədov isə “Azərbaycanda rezident-nefroloq olmaq” mövzularında çıxış edərək multidissiplinar yanaşmalar təqdim ediblər.
 
Forumun onlayn sessiyasında isə Türkiyədən Mehmet Taşdemir “Pediatrik nefrologiya”, Almaniyadan Vüqar Yaqublu və Zaur Quliyev “Almaniyada nefrologiya” haqqında çıxış ediblər.
 
Geniş müzakirə və sual-cavab sessiyası ilə yekunlaşan forumda iştirakçılara sertifikatlar təqdim olunub.
 
Sonda tələbələr forumun keçirilməsində yaradılan şərait və dəstəyə görə TƏBİB və Yeni Klinikaya təşəkkür ediblər. Tibb tələbələrinin növbəti forumunun Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçirilməsi təklif edilib.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub