ATU-da “İctimai səhiyyə: Sağlam cəmiyyətə aparan yol” adlı tədbir keçirilib  
07.07.2026 11:18

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin təşkilatçılığı ilə “İctimai səhiyyə: Sağlam cəmiyyətə aparan yol” adlı tədbir keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Tədbiri giriş sözü ilə açan ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev bildirib ki, görüşün əsas məqsədi İctimai səhiyyə fakültəsinin elmi və tədris potensialını universitet ictimaiyyətinə daha yaxından tanıtmaq, fakültələrarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək və birgə fəaliyyət imkanlarını genişləndirməkdir.

 

Prorektor qeyd edib ki, İctimai səhiyyə fakültəsi universitetin ən gənc fakültələrindən biri olmasına baxmayaraq, qısa müddət ərzində tibb bacılığı, fizioterapiya və magistratura proqramları üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığı, müasir təhsil metodlarının tətbiqi və multidissiplinar əməkdaşlığın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edib.

 

Professor A.Ağayev vurğulayıb ki, müasir səhiyyə sistemi yalnız bir ixtisasın fəaliyyəti ilə məhdudlaşmır. Keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi həkim, tibb bacıları, fizioterapevt, ictimai səhiyyə mütəxəssisləri və digər səhiyyə işçilərinin vahid komanda şəklində fəaliyyətini tələb edir. Onun sözlərinə görə, fakültə və kafedralar arasında əməkdaşlığın genişləndirilməsi birgə tədris proqramları, elmi tədqiqat və innovativ layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradır.

 

Prorektor qeyd edib ki, universitetin uğurlu inkişafı ayrı-ayrı struktur bölmələrinin deyil, bütövlükdə kollektivin koordinasiyalı fəaliyyətindən asılıdır və bu kimi tədbirlər elmi-tədris əlaqələrinin möhkəmləndirilməsinə, yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verir.

Tədbir çərçivəsində İctimai səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların elmi, tədris və praktik fəaliyyəti elmi-maarifləndirici multimedia təqdimatları formatında nümayiş etdirilib. Təqdimatlarda müxtəlif xəstəliklər, onların profilaktikası, müasir diaqnostika və müalicə üsulları barədə elmi-maarifləndirici məlumatlar verilib.

Daha sonra Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent İsmayıl Qafarov müasir tibbdə süni intellekt, data analitikası və riyazi modelləşdirmənin rolu barədə çıxış edib.

 

Kafedra müdiri bildirib ki, müasir tibbin əsas hədəflərindən biri sağlamlıqla xəstəlik arasındakı sərhədi mümkün qədər erkən müəyyənləşdirməkdir. Onun sözlərinə görə, hər bir mürəkkəb sistem çökməzdən əvvəl müəyyən siqnallar verir və həmin siqnalların vaxtında müəyyən edilməsi xəstəliklərin inkişafı, bəzi hallarda isə ölüm riskinin qarşısının alınmasına kömək edə bilər. O qeyd edib ki, sağlam bioloji sistem dəyişən mühit amillərinə uyğunlaşmaq qabiliyyətinə malik olmalıdır. Ürək ritminin müxtəlif təsirlərə uyğun dəyişməsi də məhz orqanizmin normal adaptasiya mexanizminin göstəricisidir.

 

Tədbirdə, həmçinin universitetin "Təbib" Tədris İdman Mərkəzi və Elmi Araşdırmalar Mərkəzinin fəaliyyəti barədə də geniş təqdimatlar keçirilib. Bildirilib ki, "Təbib" Tədris İdman Mərkəzi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, fiziki hazırlığın yüksəldilməsi və idman mədəniyyətinin inkişafı istiqamətində ardıcıl fəaliyyət göstərir.

 

Elmi Araşdırmalar Mərkəzinin təqdimatında isə universitetdə həyata keçirilən fundamental və tətbiqi elmi tədqiqatlar, müasir laboratoriyaların imkanları, beynəlxalq elmi əməkdaşlıq layihələri və gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

 

Tədbir İctimai səhiyyə fakültəsinin himninin səsləndirilməsi ilə başa çatıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır