ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib
13.09.2026 10:31

Azərbaycan Tibb Universitetində (ATU) 2026/2027-ci tədris ilinin başlanması ərəfəsində Rektoryanı Şuranın ilk iclası keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, iclasda universitet rəhbərliyi, struktur bölmələrinin rəhbərləri, fakültə dekanları və dekan müavinləri, şöbə müdirləri, eləcə də digər məsul şəxslər iştirak ediblər. 

 

İclası giriş nitqi ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələlər barədə məlumat verərək yeni tədris ilinə hazırlıq prosesinin əsas istiqamətlərini diqqətə çatdırıb. Rektor iclas çərçivəsində 2026/2027-ci tədris ilinin payız semestrinə hazırlığın mövcud vəziyyəti, yeni qəbul olunmuş tələbələrin universitetdə qeydiyyatının nəticələri, tələbə kontingenti ilə bağlı məsələlər, 2025/2026-cı tədris ilinin məzunlarına elektron diplomların təqdim edilməsi, eləcə də digər mühüm məsələlərin nəzərdən keçiriləcəyini vurğulayıb. 

 

Gündəliyin ilk bəndi ilə bağlı Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov çıxış edərək yeni tədris ilinə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər, mövcud vəziyyət və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.

 

Ardınca fakültələr üzrə hazırlıq vəziyyəti müzakirə olunub. I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, Stomatologiya fakültəsinin dekanı Elmira Əliyeva, Hərbi tibb fakültəsinin rəisi Məharət Rzayev, II Müalicə-profilaktika fakültəsinin dekan müavini Sevinc Məhərrəmova, Əczaçılıq fakültəsinin dekan müavini Esmira Hacıyeva və İctimai səhiyyə fakültəsinin dekan müavini Nailə Məmmədova təmsil etdikləri fakültələrdə 2026/2027-ci tədris ilinin payız semestrinə hazırlıqla bağlı görülmüş işlər və mövcud vəziyyət barədə məlumat veriblər. 

 

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, yeni tədris ilinin qarşıya qoyulan hədəflərə uyğun təşkili ilə bağlı fikir və təkliflər səsləndirilib. İclasın gündəliyində yer alan digər məsələlər də ətraflı nəzərdən keçirilib və onların hər biri üzrə səsvermə yolu ilə müvafiq qərarlar qəbul olunub. 

 

İclasın yekununda çıxış edən rektor, professor Gəray Gəraybəyli yeni tədris ilində universitet qarşısında duran prioritet vəzifələrə toxunaraq, tədris prosesinin yüksək səviyyədə təşkili, idarəetmənin səmərəliliyinin artırılması və tələbələr üçün əlverişli akademik mühitin təmin olunmasının vacibliyini vurğulayıb. 

 

Rektor aidiyyəti struktur bölmələrinin rəhbərlərinə yeni tədris ilinin uğurlu başlanması və tədris prosesinin fasiləsiz, keyfiyyətli və səmərəli təşkili ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını da verib.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
Qazaxda ana və körpənin həyatı xilas edilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Meninqokok - Həkim bu infeksiyaya qarşı ən həssas qrup barədə xəbərdarlıq edib
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub