Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb  
18.04.2024 14:20

Azərbaycan Tibb Universitetinin (ATU) Psixiatriya kafedrası və "Gedeon Richter" şirkətinin təşkilatçılığı ilə “Kariprazin: şizofreniya müalicəsi üçün unikal imkanlar” mövzusunda elmi-praktik konfrans keçirilib.

 

ATU-dan Aztibb.az-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən universitetin rektoru, Psixiatriya kafedrasının müdiri professor Gəray Gəraybəyli konfransın mövzusunun kifayət qədər aktual olduğunu bildirib. O, şizofreniyanın xroniki gedişatı ilə əlaqədar əmək qabiliyyətinin itməsi, etiologiya və patogenezinin dəqiq öyrənilməməsi, bu səbəbdən konkret müalicəsinin olmaması onu psixiatriyanın ən əsas probleminə çevirdiyini qeyd edib: “Psixiatriya sahəsində stasionar müalicə alan pasiyentlərin əksəriyyəti məhz bu xəstəlikdən əziyyət çəkir. Bu gün xəstəliyin müalicəsində müxtəlif preparatlardan istifadə olunsa da, mütəmadi olaraq yeni dərmanlar hazırlanır. Bu konfransda yeni və  effektivliyi sübut edilmiş preparatdan bəhs olunacaq. Həmçinin, şizofreniyanın neqativ simptomlarına ənənəvi və müasir baxışlar araşdırılacaq, bu sahədə son elmi tədqiqatların nəticələri elan olunacaq. Həmçinin, neqativ pozğunluqların müalicəsi imkanlarının nəzərdən keçirilməsinə xüsusi diqqət yetiriləcək”.

 

Rektor G.Gəraybəyli şizofreniyaın müalicəsində tətbiq edilən yeniliklərə həsr olunmuş mühazirələrin bütün tibb ictimaiyyəti üçün önəmli olduğunu bildirib.

 

Sonra V.P.Serbski adına Milli Tibbi Tədqiqat Psixiatriya və Narkologiya Mərkəzinin filialı olan Moskva Elmi-Tədqiqat Psixiatriya İnstitutunun psixi xəstəliklərin müalicəsi şöbəsinin müdiri, Rusiya Tibb Akademiyasının Davamlı Peşəkar Təhsil Psixiatriya kafedrasının müdiri professor Sergey Mosolov “Şizofreniyanın neqativ simptomlarının diaqnostikası və müalicəsi” mövzusunda məruzə ilə çıxış edib. O, şizofreniyanın neqativ simptomlarının əksər hallarda bu xəstəliyin neqativ sosial nəticələrini müəyyən etdiyini söyləyib. Eyni zamanda, son onilliklər ərzində bu əlamətlərin  diaqnostik dəyərləndirilməsi və bu məsələyə yanaşmanın da əhəmiyyətli şəkildə dəyişdiyini vurğulayıb.

 

Məruzəçi Rusiya Psixiatrlar Cəmiyyətinin keçirdiyi sorğuların nəticələri, rusiyalı mütəxəssislərin təcrübəsinə də istinad edərək bildirib ki, şizofreniya xəstələrinin yarısından çoxunda ən azı bir neqativ simptom müşahidə olunur.

 

Sonda professor S.Mosolov tədbir iştirakçılarının suallarını cavablandırıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır