ATU-da həkim-rezidentlər üçün Təkrar Yekun Attestasiya təşkil olunub  
28.04.2026 14:30

Azərbaycan Tibb Universitetində (ATU) həkim-rezidentlər üçün Təkrar Yekun Attestasiya təşkil olunub.

 

Aztibb.az xəbər verir ki, universitetin İmtahan Mərkəzində müvafiq ixtisaslar üzrə baş tutan attestasiya 2025-ci ilin noyabr ayında keçirilmiş yekun prosesdə sağlamlıq vəziyyəti və sosial məzuniyyət səbəbilə iştirak edə bilməyən, həmçinin attestasiyadan keçə bilməyən həkim-rezidentlər üçün gerçəkləşdirilib.

 

Təkrar Yekun Attestasiyanı ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təlim-resurs şöbəsinin həkim-metodisti Natavan Məmmədova, eləcə də ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva müşahidə ediblər.

 

Attestasiyada ATU və müxtəlif klinik bazalarından 47 nəfər həkim-rezident müraciət edib, onlardan 43 nəfəri təkrar yekun attestasiyada  iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır