ATU-da imtahanların nəticələri açıqlandı – 891 nəfər həkim diplomunu aldı 
14.07.2020 13:22

Azərbaycan Tibb Universitetində (ATU) Böyük Elmi Şuranın onlayn iclası keçirilib. İclasda növbəti 2020/2021-ci tədris ili üçün ATU üzrə tədris planları təsdiqlənib. Həmçinin, Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatları dinlənilib. Hesabatlarda gənc mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələrindən danışılıb.

 

İclasda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli pandemiyaya qarşı görülən tədbirlər və universitetin bu mübarizədəki rolundan bəhs edib. Qeyd edib ki, ATU-nun 2 klinikası ilk gündən bu mübarizəyə qoşulub: “Bir çox həkimlərimiz, tibb bacılarımız, orta tibb işçilərimiz, rezidentlərimiz, hətta bir neçə tələbə qrupları ilə rezident-həkimlərimiz bu ağır savaşda iştirak edirlər. Lakin ön cəbhədə bizim tibb personalımız fəaliyyət göstərir. Bu müddət ərzində həkimlərimiz yüzlərlə insan həyatını xilas ediblər. Təəssüf ki, tibb personalımız arasında koronavirusa yoluxanlar da var”.

 

Rektor prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə ATU klinikalarının fəaliyyətini yüksək qiymətləndirdiyini xatırladaraq, bunun dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində mümkün olduğunu bildirib.

 

Rektor pandemiya dövründə təhsil prosesinin təşkili haqqında da danışıb. Qeyd edib ki, tibb təhsili mürəkkəb proses olduğundan, onlayn şəkildə aparılması çətindir. Bununla belə, qısa müddət ərzində ötən semestrin onlayn təşkilinə nail olunub: “ATU-nun İT şöbəsinin hazırladığı yeni bir proqramdan istifadə olunmaqla növbəti semestrə hazırlıq işləri aparılması nəzərdə tutulur. Artıq bu haqda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə müzakirələr aparılır”.

 

ATU-nun Tədris şöbəsinin müdiri Samir Cavadov son semestr ərzində imtahanların təşkili və nəticələri haqqında məlumat verib. Qeyd edib ki, ümumilikdə 6459 tələbə imtahanda iştirak edib. Onlardan 6190 nəfəri (95.8%) bütün imtahanlarda məqbul qiymətlər alaraq, sessiyanı başa vurublar. İmtahan sessiyasını “əla” qiymətlərlə başa vuranlar – 5014 nəfər (81%) , “əla” və “yaxşı” qiymətlərlə – 909 nəfər (14,7%), qarışıq qiymətlərlə – 267 nəfər (4,3%) təşkil edib. 269 nəfərin (4,4%) isə akademik borcu qalıb.

 

S.Cavadov bildirib ki, bu il ATU-dan 933 nəfər məzun olmalı idi. Lakin onlardan 891 nəfəri müvafiq kreditləri toplayaraq Dövlət Attestasiyasından uğurla keçib və universiteti bitirərək həkim ixtisasını alıb. Onlardan 62 nəfəri xarici ölkə vətəndaşıdır. Universitetin həkim məzunlarından 151 nəfəri fərqlənmə diplomuna layiq görülüb. Universiteti bitirə bilməyən 42 nəfər tələbə sırasında saxlanılmaqla təhsillərini davam etdirirlər. Hesabat ilində Hərbi-tibb fakültəsini bitirən 80 hərbi həkim və 23 hərbi feldşer Azərbaycan silahlı qüvvələri sıralarında xidmətə göndəriliblər.

 

Böyük Elmi Şuranın iclasında, həmçinin təhsil proqramında nəzərdə tutulan elmi-pedaqoji təcrübənin “Klinik psixologiya” ixtisası üçün “klinik təcrübə” ilə, “Səhiyyə menecmenti” ixtisası üçün “tibb müəssisələrində idarəetmə təcrübəsi” ilə əvəz edilməsinə razılıq verilib. Bununla yanaşı, 2020/2021-ci tədris ilindən Histologiya, embriologiya və sitologiya kafedrasının adının dəyişdirilərək Sitologiya, embriologiya və histologiya adlandırılması qərara alınıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Anestezioloq-reanimatoloq Emil Muradov -
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
ATU alimlərinin beynəlxalq tədqiqatları dayanıqlı inkişafın qlobal məqsədlərinə töhfə verir
Vərəmlə mübarizədə ilkin səhiyyənin rolu - Şəmkirdə tibb işçiləri üçün maarifləndirici təlim
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır