Azərbaycan Tibb Universitetinin tədris proqramları beynəlxalq akkreditasiyadan uğurla keçib  
05.02.2022 07:04

Azərbaycan Tibb Universitetinin (ATU) tədris proqramları beynəlxalq akkreditasiyadan uğurla keçib. Akkreditasiya prosesi Dünya Tibb Təhsili Federasiyası tərəfindən 2017-ci ildən etibarən tanınan Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR) tərəfindən aparılıb.


Aztibb.az xəbər verir ki, həmin mövzuya həsr edilmiş tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək ATU-nun beynəlxalq akkreditasiyanı keçməsinin əhəmiyyəti, prosesin özü barədə məlumat verib. Qeyd edib ki, ATU-nun tədris proqramlarının akkreditasiya olunması diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir: “Beynəlxalq akkreditasiya ali məktəbin tanınmasında mühüm rol oynayır və zamanın tələbinə çevrilib. Bu proseduru ali məktəblərin öz proqramlarını təkmilləşdirməsi üçün qiymətləndirmə kimi qəbul etmək olar. Digər tərəfdən, akkreditasiya almayan universitetlər diplomlarının beynəlxalq səviyyədə tanınmasında müəyyən problemlər yaşaya bilərlər”.


Toplantıda çıxış edən IAAR-ın məsləhətçisi, professor Olqa Yanovskaya IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyasının aparıldığını qeyd edib. Bildirilib ki, həmin agentlik MDB ölkələri məkanında Dünya Tibb Təhsili Federasiyası tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyasını əldə etmiş sayılırlar.


O.Yanovskaya bildirib ki, akkreditasiya prosesi çərçivəsində ötən il noyabrın 21-dən 25-dək agentliyin Xarici Ekspert Komissiyası Bakıya səfər edərək ATU-da təhsil proqramlarının keyfiyyətinin qiymətləndirilməsi üzrə yoxlamalar keçiriblər. Proses zamanı ATU-nun tədris prosesinin təşkili, təhsil proqramlarının icrası, dekanlıqların fəaliyyəti, kliniki bazaların, struktur vahidlərinin və s. işinin akkreditasiya üçün müəyyən edilmiş qayda və meyarlara uyğunluğu qiymətləndirilib.


Sonda IAAR və ATU arasında reytinqin təşkili və keçirilməsi üzrə müqavilə imzalanıb. Müqavilə, həmçinin konsultasiya xarakteri daşıyır.


Tədbirdə, həmçinin beynəlxalq əlaqələr üzrə mütəxəssis Aykız Bauırjankızı, Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır