Göttingen Universitetinin tədqiqatçılardan ibarət komandası elmi aləmdə mühüm yeniliyə imza ataraq siçan kokleasını (daxili qulağın ilbiz hissəsini) ənənəvi kəsiklərə ayırma üsuluna ehtiyac duyulmadan, bütöv şəkildə yüksək dəqiqliklə görüntüləməyə müvəffəq olub.
Aztibb.az "bioRxiv"ə istinadən yazır ki, yeni inkişaf etdirilən CochleaNet süni intellekt aləti sayəsində neyronlar, daxili tük hüceyrələri və sinapslar bir-bir sayılaraq dəqiq şəkildə xəritələnib.
Bu inqilabi texnologiya gen terapiyaları və optogenetik müalicə üsullarının məhz hansı hüceyrələrə təsir etdiyini və hədəfə çatıb-çatmadığını bütün koklea boyunca bütöv şəkildə izləməyə imkan verir. Əldə edilən bu nailiyyət eşitmə sisteminin mürəkkəb mexanizmlərini anlamaq, eləcə də eşitmə itkilərinin gələcək müalicə üsullarını təkmilləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.

