“Piylənmə müasir dövrün tibbi-sosial problemi kimi” mövzusunda elmi seminar keçirilib  
30.10.2026 16:32

Azərbaycan Tibb Universitetində (ATU) “Piylənmə müasir dövrün tibbi-sosial problemi kimi” mövzusunda elmi seminar keçirilib. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, ATU-nun Qidalanma və tibbi ekologiya kafedrasında baş tutan trdbirdə piylənmənin yaranma səbəbləri, sağlamlığa təsiri, müasir müalicə və profilaktika üsulları, eləcə də əhali arasında sağlam qidalanma mədəniyyətinin formalaşdırılması məsələləri müzakirə olunub. 

 

Seminarı giriş sözü ilə açan kafedranın müdiri, dosent Fəridə Əli piylənmənin artıq yalnız estetik məsələ deyil, ciddi xroniki xəstəlik olduğunu vurğulayıb. O, piylənmənin ürək-damar xəstəlikləri, II tip şəkərli diabet və digər sağlamlıq problemlərinin yaranmasında mühüm risk amili olduğunu diqqətə çatdırıb. 

 

ATU-nun tədris işləri üzrə prorektoru, professor Anar Ağayev çıxışında piylənmə probleminin həm Azərbaycan, həm də dünya səhiyyəsi üçün aktual əhəmiyyət daşıdığını bildirib. Prorektor əhalinin sağlamlığının qorunmasında maarifləndirici tədbirlərin rolunu xüsusi qeyd edib. Piylənmənin tibbi və sosial aspektlərinin kompleks xarakter daşıdığını vurğulayan A.Əliyev problemin həllində müxtəlif kafedraların və mütəxəssislərin birgə fəaliyyətinin, multidissiplinar yanaşmanın vacibliyini qeyd edib, tədbirin təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayıb. 

 

Professor İbadulla Ağayev isə çıxışında qidalanma məsələlərini milli adət-ənənələr kontekstində təhlil edib. O, əhali arasında qeyri-sağlam qidalanma vərdişlərinin formalaşmasına təsir göstərən amilləri elmi baxımdan izah edərək, bu sahədə maarifləndirmənin əhəmiyyətinə toxunub. 

 

Seminarda mövzu ilə bağlı bir sıra elmi məruzələr dinlənilib. Natiqlər piylənmənin qeyri-infeksion epidemiya kimi xarakterizə olunması, genetik faktorlar, dayaq-hərəkət sistemi xəstəliklərinin yaranmasında rolu, yanlış qidalanma vərdişləri və müasir müalicə-profilaktika üsulları barədə məruzələrlə çıxış ediblər. 

 

Məruzələrdə xüsusilə gənclər və tələbələr arasında sağlam qidalanma mədəniyyətinin formalaşdırılması, fiziki fəallığın artırılması və oturaq həyat tərzinin mənfi təsirlərinin azaldılması məsələlərinə diqqət yetirilib. Eyni zamanda, piylənmənin yaranmasında psixoloji amillərin və stressin rolu, bu problemin qarşısının alınmasında profilaktik tədbirlərin əhəmiyyəti barədə statistik göstəricilər və elmi yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb. 

 

Tədbir Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə vermək məqsədi daşıyan  ilə də uzlaşır. Xüsusilə, 3-cü Dayanıqlı İnkişaf Məqsədi – “Sağlamlıq və rifah” çərçivəsində qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təşviqi və əhalinin sağlamlığının qorunması istiqamətində maarifləndirmənin əhəmiyyəti ön plana çıxır. Gənclər arasında düzgün qidalanma vərdişlərinin təşviqi isə sağlamlıq sahəsində bilik və davranışların inkişafına töhfə verir. Bu fəaliyyəti hədəfləyən seminarın sonunda piylənmə ilə mübarizədə profilaktik tədbirlərin gücləndirilməsi, əhalinin sağlam qidalanma və fiziki fəallıq barədə məlumatlandırılması işlərinin davamlı şəkildə aparılmasının vacibliyi vurğulanıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib