Azərbaycan Tibb Universiteti, ASA və Çexiyanın Karlov Universiteti arasında üçtərəfli görüş keçirilib  
27.10.2026 10:43

Azərbaycan Tibb Universiteti (ATU),  Azərbaycan İdman Akademiyası (ASA), və Çexiyanın Karlov Universiteti arasında üçtərəfli görüş keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan bildirilib.

 

Qeyd olunub ki, Karlov Universitetində keçirilən görüşdə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Orxan İsayev, ASA-nın tədris işləri üzrə prorektoru Ülkər Babayeva və Karlov Universitetinin nümayəndələri iştirak ediblər. Tərəflər idman elmləri və reabilitasiya sahəsində akademik əlaqələrin genişləndirilməsi, ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf perspektivləri, təcrübə mübadiləsi, bakalavriat təhsil səviyyəsi üzrə “Fizioterapiya” ixtisasının məzmunu və tədrisinin təşkili, eləcə də gələcəkdə birgə diplom proqramının yaradılması məsələlərini müzakirə ediblər.

 

Görüşdə tədris prosesində beynəlxalq təcrübənin tətbiqi, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi imkanları diqqət mərkəzində olub.

 

Karlov Universitetinin Beynəlxalq əlaqələr ofisinin direktoru Silvi Boumova ilə keçirilən ayrıca görüşdə isə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Bu əməkdaşlıq ali təhsilin keyfiyyətinin artırılması, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi, eyni zamanda fizioterapiya və reabilitasiya sahəsində əməkdaşlığın inkişafı baxımından BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü (Yaxşı sağlamlıq və rifah), 4-cü (Keyfiyyətli təhsil) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) məqsədlərinə töhfə verir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib