Azərbaycanlı alimlər Cənubi Koreyada beynəlxalq tədbirdə iştirak ediblər
23.10.2026 16:49

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşları – Ümumi cərrahlıq kafedrasının professoru Novruz Hacıyev və kafedranın dosenti, tibb elmləri doktoru Elman Tağısoy Cənubi Koreyanın Seul şəhərində keçirilən “LMCE 2026 & 67 KSLM” beynəlxalq elmi toplantısında iştirak ediblər. 

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, N.Hacıyev E.Tağısoyun da həmmüəllifi olduğu “Creation of Next-Generation Intelligent Laboratories in Azerbaijan: Challenges and Development Prospects” (“Azərbaycanda yeni nəsil intellektual laboratoriyaların yaradılması: çağırışlar və inkişaf perspektivləri”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda müasir intellektual laboratoriyaların yaradılması, bu sahədə mövcud çağırışlar və inkişaf perspektivləri diqqətə çatdırılıb. 

 

Professor, həmçinin, “The Importance of NLR and SIRI in Acute Cholecystitis” (“Kəskin xolesistitdə NLR və SIRI göstəricilərinin əhəmiyyəti”) adlı poster məruzə təqdim edib. Məruzədə kəskin xolesistitin qiymətləndirilməsində iltihabi göstəricilərin əhəmiyyəti ilə bağlı tədqiqat mövzusu önə çıxarılıb. 

 

ATU əməkdaşları tərəfindən beynəlxalq elmi toplantıda təqdim olunan mövzular Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsəd – “Sağlamlıq və rifah” və 9-cu məqsəd – “Sənaye, innovasiya və infrastruktur” ilə uzlaşır. Belə ki, kəskin xolesistitin qiymətləndirilməsinə dair tədqiqat səhiyyə sahəsində elmi biliklərin inkişafı ilə, intellektual laboratoriyaların yaradılması mövzusu isə innovativ elmi infrastrukturun təşviqi ilə əlaqəlidir. Bu baxımdan, ATU-nun apardığı tədqiqatlar DİM-lərə öz töhfəsini verir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub