Yeni nəsil elmi axtarış platforması “EBSCOhost”-la bağlı vebinar  
29.10.2026 15:50
Azərbaycan Tibb Universitetində (ATU) “Yeni nəsil elmi axtarış: ATU-da təhsildə və elmi tədqiqatların aparılmasında süni intellektdən (Sİ) və EBSCOhost platformasının alətlərindən istifadə imkanları” mövzusunda vebinar keçirilib.
 
ATU-dan Aztibb.az-a bildirilib ki, EBSCO tərəfindən universitet əməkdaşları üçün təşkil olunan tədbirdə süni intellekt alətlərindən və “EBSCOhost” (https://search.ebscohost.com/) axtarış platformasının funksional imkanlarından istifadə etməklə müvafiq elmi mənbələrin daha sürətli və dəqiq axtarışı, axtarış nəticələrinin təhlili və tədqiqat işinin təşkili barədə məlumat verilib.
 
Vebinar zamanı iştirakçılara MEDLINE Ultimate, SMART İmagebase tibbi təsvirlər kolleksiyası və DynaMed resurslarından distant qaydada istifadə imkanları və qaydaları əyani şəkildə nümayiş etdirilib.
 
ATU əməkdaşlarının və doktorantların suallarının cavablandırılması ilə davam edən tədbir iştirakçıların elektron elmi informasiya resurslarından səmərəli istifadə bacarıqlarının artırılması və müasir rəqəmsal imkanlarla tanışlığı baxımından əhəmiyyətli olub.
See less
ÇOX OXUNANLAR
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
Şirvan ŞMX-da üst çənə sinusunun kistasının xaric edilməsi əməliyyatı uğurla icra olunub
Probiotiklərin orqanizmə təsiri nədir və hansı hallarda istifadəsi tövsiyə oluna bilər?
 Qobustan RMX-nın Ərəbşalbaş kənd həkim məntəqəsində səyyar tibbi müayinələr təşkil olunub   
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin təşkilatçılığı ilə şəhid ailələri üçün sağlamlıq aksiyasına start verilib
Şəhid anasının dalağında aşkarlanan çoxsaylı kistalarla əlaqədar laparoskopik üsulla cərrahi əməliyyat icra olunub
Yeni Klinikanın elmi tədqiqatı Dünya Neyroreabilitasiya Konqresində təqdim olunub
Səhiyyə Nazirliyinin dəstəyi ilə Tərtər və Suqovuşanda kardioloji AKSİYA
                  Qızıl birləşmələrini metal qızıla çevirən bakteriya aşkar edilib                        
Tibb elmləri doktoru Rəşad Şolan Türk Dünyası Transplantasiya Cəmiyyətinin Azərbaycanda rəsmi nümayəndəsi təyin olunub  
İlon Mask: Görmə qabiliyyətini bərpa etməyə yönəlmiş beyin implantı sınaqlara hazırdır
Bağırsağın quruluşundan ilhamlanan bakterial bioelement hazırlandı
Diabet və piylənmənin dərmansız müalicəsi istiqamətində yeni texnologiya - Qanda şəkəri və bədən çəkisini tənzimləyən elektron cihaz
Xankəndi şəhərinin təcili tibbi yardım əməkdaşları stasionardan kənar doğuşu uğurla həyata keçiriblər  
Səhiyyə naziri Anar Bayramov 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransında iştirak edib