Azərbaycan Tibb Universitetindən elmi dəstək, məktəblilərdən innovativ layihə: “SoleShift Kids” 
28.10.2026 14:55
Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, travmatoloq-ortoped Ayaz Hümbətovun elmi rəhbərliyi ilə Bakı məktəblilərindən ibarət komanda uşaqlarda ayaq formasının və yük paylanmasının erkən skrininqinə imkan verən “SoleShift Kids” layihəsini hazırlayıb.
 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, layihə uşaqlarda ayaq problemlərinin ilkin mərhələdə aşkarlanmasına dəstək olmaq, valideynləri məlumatlandırmaq və zərurət yarandıqda onları müvafiq mütəxəssisə yönləndirmək məqsədi daşıyır. Amerika Ortopedik Cərrahlar Akademiyasının (AAOS) üzvü olan Ayaz Hümbətov layihənin tibbi istiqamətinə rəhbərlik edir.

 
Jeyla Əhmədzadə, İlyas Tağıyev, Youssef El Haroun, Vahid Musayev və Mikayıl Əhmədbəylidən ibarət komandanın hazırladığı prototip səkkiz təzyiq sensoru və ESP32 mikrokontrolleri əsasında işləyir. Cihaz bir neçə saniyə ərzində ayağın müxtəlif nahiyələrinə düşən yükü ölçür və əldə olunan nəticələr əsasında valideynlər üçün sadə, anlaşıqlı hesabat hazırlayır.
“SoleShift Kids” layihəsinin əsas üstünlüklərindən biri texnoloji imkanların tibbi biliklərlə birləşdirilməsidir. Sistem ilkin skrininq üçün nəzərdə tutulub və öz-özlüyündə tibbi diaqnoz qoymur. Nəticələrdə narahatlıq doğuran məqamlar aşkarlandıqda valideynlərə mütəxəssisə müraciət etmək tövsiyə olunur.
 
Layihə paytaxt məktəblərində şagirdlərə nümayiş etdirilib. Skrininq tədbirlərinin aparılması zamanı uşaqların hüquqlarının və məxfiliyinin qorunmasına diqqət yetirilir. Bu məqsədlə yoxlamalar yalnız valideynlərin yazılı razılığı əsasında həyata keçirilir.
 
Azərbaycan Tibb Universiteti gənclərin elmi və innovativ təşəbbüslərinin dəstəklənməsinə, onların tibbi biliklərə yiyələnməsinə və bu bilikləri praktik layihələrdə tətbiq etməsinə xüsusi önəm verir. “SoleShift Kids” layihəsi də tibb və texnologiyanın vəhdətini nümayiş etdirən, məktəblilərin elmi yaradıcılığını və sosial məsuliyyətini təşviq edən təşəbbüslərdəndir.
 
Layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən DİM 3 – Sağlamlıq və rifah məqsədinə töhfə verməyi hədəfləyir. Belə ki, erkən skrininq və profilaktik yanaşma uşaqların sağlamlığının qorunmasına, sağlamlıqla bağlı məlumatlılığın artırılmasına və tibbi yardıma vaxtında müraciətin təşviqinə xidmət edir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib   
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub