Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 10:23

2020-ci il oktyabrın 24-də Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Solntsev Dmitriy Aleksandroviçin II Fəxri xiyabanda yerləşən məzarı ziyarət olunub. Şəhidin məzarı üzərinə əklil qoyulub, ruhuna dualar oxunub.

 

Aztibb.az-ın xəbərinə görə, anım mərasimində Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov, inzibati məsələlər üzrə direktor müavini Bəhruz Bağırov, Həmkarlar Təşkilatının sədri Arifə Məmmədova, şöbə müdirləri, həmçinin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının nümayəndə heyəti, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ASİHİ RK) sədrinin müşaviri Şöhrət Qədimov iştirak ediblər.

 

Mərasim iştirakçıları şəhidin yaxınlarına başsağlığı verib, onunla bağlı xatirələrini bölüşüblər.

 

Qeyd edək ki, Dmitriy Solntsev Kliniki Tibbi Mərkəzin əməkdaşı olub və Vətən müharibəsinə könüllü qatılaraq Qubadlı döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib