Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 16:04
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində gömrük əməkdaşlarına, onların ailə üzvlərinə və əhaliyə müxtəlif tibbi istiqamətlər üzrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən 24/7 rejimində müasir tibbi xidmətlər göstərilir. Müxtəlif ixtisasları əhatə edən şöbədə müasir diaqnostika imkanları və peşəkar həkim heyəti vasitəsilə pasiyentlərin fərdi ehtiyaclarına uyğun tibbi yanaşma təmin olunur.
Hospitaldan Aztibb.az-a verilən xəbərə görə, şöbənin fəaliyyətinə kardioloq Dr. Tamilla Əliyeva rəhbərlik edir. Tibbi xidmətlərin statistik göstəricilərinin uçotu, məlumatların təhlili və sistemləşdirilməsi isə həkim-statistik Nanə Daşdəmirova tərəfindən həyata keçirilir. Şöbənin peşəkar tibbi komandasının koordinasiyalı fəaliyyəti, müasir diaqnostika və müalicə imkanları, eləcə də pasiyent məmnuniyyətinə yönəlmiş yanaşma burada göstərilən tibbi xidmətlərin əsasını təşkil edir.
Poliklinika şöbəsində toksikologiya, dermatovenerologiya, endokrinologiya, oftalmologiya, otorinolarinqologiya, üz-çənə cərrahiyyəsi, terapiya, infeksion xəstəliklər, stomatologiya, nevrologiya və funksional diaqnostika istiqamətləri üzrə tibbi xidmətlər həyata keçirilir.
Pasiyentlərin müayinə və müalicəsində toksikoloq-allerqoloq İsmayıl Əfəndiyev, nevroloqlar Dr. Mənsumə Talıbova, uzman həkim-nevroloq Arzu Məhərrəmova və Dr. Lalə İbrahimova, dermatoveneroloq Sevinc Kərimova, endokrinoloqlar Şəbnəm Əlirazyeva və Naidə Novruzova, terapevtlər Nazilə Xəlilbəyova və Xumar Novruzova, otorinolarinqoloq Elvin Əzizov, oftalmoloq Aynurə Əliyeva, Aybəniz Zeynalova, üz-çənə cərrahı Ülviyyə Məmmədova və infeksionist-həkim Mədinə Abdullayeva, stomatoloqlar Əhməd Məmmədov və Rauf fəaliyyət göstərirlər.
Həkimlər hər bir pasiyentin sağlamlıq vəziyyətini və fərdi ehtiyaclarını nəzərə alaraq müvafiq müayinə və diaqnostik yanaşmanı müəyyənləşdirir, müalicə prosesini peşəkarlıqla həyata keçirir və sağlamlığın qorunması, xəstəliklərin vaxtında aşkarlanması və effektiv müalicəsi istiqamətində pasiyentlərə hərtərəfli tibbi xidmət göstərirlər.
Vaxtında həkimə müraciət etmək və tövsiyə olunan müayinələrdən keçmək xəstəliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə, müalicənin gecikdirilmədən başlanmasına və mümkün fəsadların riskinin azaldılmasına imkan yaradır. Müasir tibbi imkanlar, müxtəlif ixtisaslar üzrə çalışan həkimlərin peşəkar fəaliyyəti və pasiyentlərin ehtiyaclarına uyğun xidmətlərin təşkili Poliklinika şöbəsinin fəaliyyətinin əsasını təşkil edir.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır
27.10.2026 | 14:29
Uşağın zümzümə etməsi onun özünü təhlükəsiz hiss etməsinin göstəricisi ola bilər
27.10.2026 | 14:21
Mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq olunur
27.10.2026 | 14:02
AMEA-nın vitse-prezidenti ATU-nun kitab sərgisindəki stendi ilə tanış olub
27.10.2026 | 13:45
Alma sirkəsi arıqlamağa kömək edirmi?
27.10.2026 | 12:17
İşıq vasitəsilə beyin hüceyrələrinin fəaliyyətini idarə etmək mümkündür
27.10.2026 | 10:05
Uşağın intellekti irsən anadan keçir? Genetika daha mürəkkəb mənzərə ortaya qoyur
27.10.2026 | 07:59
“Həkimlərimizi tanıyaq!” rubrikasının növbəti buraxılşı: Samir Qarazadə
26.10.2026 | 10:45
Məktəblilərin qida çantasında hansı məhsullar olmalıdır?
26.10.2026 | 10:32
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
18.10.2026 | 09:20
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər
18.10.2026 | 14:28

