Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 19:16

Respublika Klinik Xəstəxanasında sanitar (qadın) vəzifəsi üzrə vakansiya elan olunur.

 

Bu barədə Aztibb.az-a xəstəxanadan məlumat verilib.

 

Bildirilib ki, əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində olan tibb müəssisələrində çalışan işçilərin əməyinin ödənilməsi qaydalarına uyğun olaraq tənzimlənir.

 

Tələblər

* Xəstəxana mühitində sanitar-gigiyenik qaydaları bilmək;
* Təmizlik və sanitariya normalarına riayət etmək;
* Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
* Komandada işləmək bacarığı;
* Etik davranış qaydalarına riayət etmək.

 

Vəzifə öhdəlikləri

* Şöbələrdə təmizlik və sanitariya qaydalarının təmin edilməsinə dəstək göstərmək;
* Xəstə otaqları və ümumi istifadə sahələrinin təmizliyini qorumaq;
* Tibbi tullantıların idarə olunması qaydalarına uyğun hərəkət etmək;
* Xəstələr və tibb personalı üçün gigiyenik şəraitin yaradılmasına kömək etmək;
* Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmək.

 

Müraciət qaydası

CV-nizi hr.rkx@tabib.gov.az elektron poçt ünvanına göndərin.

Mövzu: Respublika Klinik Xəstəxanası – Sanitar (qadın) vakansiyası

Son tarix: 11 noyabr

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib