Süni intellektin ultrasəs diaqnostikasında tətbiqinə dair seminar keçirilib  
30.10.2026 09:56
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Qalxanabənzər vəzi düyünlərinin ultrasəs müayinəsində süni intellekt: Tədqiqat yanaşmaları və ilkin təcrübələrimiz” mövzusunda elmi seminar keçirilib.
 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, tədbirin əsas məqsədi süni intellekt texnologiyalarının qalxanabənzər vəzi düyünlərinin ultrasəs müayinəsində tətbiq imkanlarını, bu istiqamətdə mövcud tədqiqat yanaşmalarını və həmçinin bu mövzuda aparılan tədqiqatın ilkin təcrübələrini müzakirə etmək olub.

 

Seminarda ADA Universitetinin Mühəndislik fakültəsinin Kompüter elmləri bölməsinin müəllimi Nurəddin Sədili məruzə ilə çıxış edib. Məruzədə tibbi görüntülərin süni intellekt alqoritmləri vasitəsilə təhlili, qalxanabənzər vəzi düyünlərinin xüsusiyyətlərinin avtomatlaşdırılmış qiymətləndirilməsi və bu texnologiyaların diaqnostik prosesə inteqrasiyası perspektivlərinə toxunulub.
 
Seminar tibb və kompüter elmləri arasında multidissiplinar əməkdaşlığın əhəmiyyətini ön plana çıxarıb. Süni intellektin tibbi diaqnostikada istifadəsi, eləcə də bu sahədə gələcək birgə elmi tədqiqatların aparılması imkanları tədbirin əsas müzakirə mövzularından olub.
 
Tədbir müasir texnologiyaların klinik praktikaya tətbiqi və tibb sahəsində innovativ tədqiqat istiqamətlərinin inkişafı baxımından əhəmiyyətli elmi təşəbbüs kimi dəyərləndirilib.
 
Seminar BMT-nin DİM 3 — Sağlamlıq və rifah məqsədinə töhvə vermək məqsədi daşıyır. Belə ki, süni intellektin tibbi diaqnostikada tətbiq imkanlarının araşdırılması səhiyyə xidmətlərinin təkmilləşdirilməsi istiqamətini dəstəkləyir.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
“Həkimlərimizi tanıyaq!
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib