Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 07:24

Tez-tez nəcis ifrazı ehtiyacı, düz bağırsaqda ağrı və tam boşalmama hissi proktitdən xəbər verə bilər.

 

Aztibb.az xəbər verir ki, cərrah-proktoloq, endoskopist Anar Əliyev düz bağırsağın selikli qişasının iltihabı olan proktitin əlamətləri, yaranma səbəbləri və müalicə zamanı diqqət yetirilməli məqamlar barədə məlumat verib.

Proktit düz bağırsağın selikli qişasının iltihabıdır. Bu vəziyyət zamanı insan tez-tez və təcili nəcis ifrazı ehtiyacı hiss edə bilər. Lakin tualetə getdikdə ifrazatın az miqdarda olması və ya bağırsağın tam boşalmadığı hissinin yaranması mümkündür.

Proktitin əsas əlamətlərinə tez-tez nəcis ifrazı istəyi, düz bağırsaqda ağrı və narahatlıq, selik və ya qan gəlməsi, eləcə də ifrazatdan sonra belə davam edən çağırış hissi daxildir.

Proktit müxtəlif səbəblərdən, o cümlədən infeksiyalar və iltihabi bağırsaq xəstəlikləri nəticəsində yarana bilər. Buna görə də müalicəyə başlamazdan əvvəl iltihabın səbəbinin müəyyənləşdirilməsi vacibdir. Özbaşına antibiotik və ya şam preparatlarından istifadə etmək düzgün deyil.

Əlamətlər təkrarlanırsa və ya uzun müddət davam edirsə, proktoloqa müraciət etmək tövsiyə olunur. Güclü ağrı, çoxlu qanaxma və ya yüksək hərarət müşahidə edildikdə isə təcili tibbi qiymətləndirmə tələb olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib