Dayanıqlı səhiyyə və beynəlxalq əməkdaşlığa töhfə: ATU əməkdaşı beynəlxalq kardiologiya konqresində yüksək elmi status qazanıb
28.10.2026 11:13

Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşı Pekində keçirilən 37-ci “Böyük Çin Səddi” Beynəlxalq Kardiologiya Konqresi və Asiya Kardiologiya Konqresində (GW-ICC/AHS 2026) iştirak edib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, 58 ölkənin iştirakı ilə “Klinik əsaslar, inteqrasiya olunmuş gələcək” devizi altında baş tutan konqresdə Amerika Kardiologiya Kollecinin, Amerika Ürək Assosiasiyasının və Avropa Kardiologiya Cəmiyyətinin prezidentləri, Cənub-Şərqi Asiya, Yaxın Şərq, Latın Amerikası və bir sıra Avrasiya ölkələrinin milli cəmiyyətlərinin rəhbərləri, eləcə də yeddi aparıcı beynəlxalq kardiologiya jurnalının baş redaktorları və ekspertləri yer alıblar.

 

ATU-nun Ailə təbabəti kafedrasının dosenti, AKC-nin Kardioprofilaktika işçi qrup rəhbəri, Asiya Ürək Cəmiyyətinin Kardioprofilaktika Şurasının sədri, ATU-nun dosenti Rəhimə Qabulova konqresdə Asiya Ürək Cəmiyyətinin həqiqi üzvü statusuna qəbul olunub. Eyni zamanda R.Qabulova “Ürək-damar xəstəliklərinin inteqrə olunmuş profilaktikası: qalıq riskin azaldılmasına multidissiplinar yanaşma” adlı elmi sessiyanın təşkilatçısı və moderatoru kimi çıxış edib. Asiya Ürək Cəmiyyətinin Baş Assambleyasında isə  Profilaktik Kardiologiya Şurasının sədri kimi çıxış edən ATU əməkdaşı Şuranın fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün nəzərdə tutulan fəaliyyət planı barədə hesabat təqdim edib.

 

Universitet nümayəndəsinin konqresdə iştirakı beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, ürək-damar xəstəliklərinin profilaktikası sahəsində qabaqcıl təcrübənin mübadiləsi və Azərbaycan kardiologiyasının beynəlxalq elmi platformalarda təmsil olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda bu fəaliyyət BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən 3-cü məqsədə – Sağlamlıq və rifah, 4-cü məqsədə – Keyfiyyətli təhsil və 17-ci məqsədə – Məqsədlər naminə tərəfdaşlıq istiqamətlərinə töhfə verir. Xüsusilə, ürək-damar xəstəliklərinin profilaktikasının təşviqi, tibbi bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsi dayanıqlı inkişafın dəstəklənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib