Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər  
22.10.2026 12:05

Təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda yemək yeməklə qaraciyər xəstəlikləri arasında əlaqə olduğunu üzə çıxarıb.

 

Aztibb.az "Clinical Gastroenterology and Hepatology" jurnalında dərc olunan məqaləyə istinadən yazır ki, ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları müəyyən ediblər ki, axşam yeməyindən sonra və ya yatmazdan əvvəl müntəzəm qidalanan insanlarda qaraciyər piylənməsi və sirroz riski daha yüksək ola bilər. Nəticələrə görə, gec saatlarda yemək yeyənlərdə bu xəstəliklərin rastgəlmə göstəricisi belə vərdişi olmayanlarla müqayisədə 20–30 faiz yüksək olub.

 

Tədqiqatın aparıcı müəllifi, qaraciyər xəstəlikləri və transplantasiyası üzrə mütəxəssis Robert Vileçanski bildirib ki, qaraciyər orqanizmin bioloji saatı ilə sıx əlaqəlidir. Buna görə də qidalanma vaxtının dəyişdirilməsi, qəbul edilən qidaların tərkibi dəyişməsə belə, sağlamlığa təsir göstərə bilər.

 

Alimlərin fikrincə, orqanizm yuxuya hazırlaşdığı zaman qida qəbul etmək maddələr mübadiləsinə təsir göstərə bilər. Bu vərdişin uzun müddət davam etməsi piylənmə, diabet və qaraciyər sağlamlığının pozulması ilə əlaqəli ola bilər.

 

Bununla belə, tədqiqat gec saatlarda yeməyin birbaşa qaraciyər xəstəliklərinə səbəb olduğunu sübut etmir. Nəticələr yalnız bu vərdişlə xəstəliklər arasında əlaqəni göstərir.

 

Tədqiqatçılar qidalanma vaxtını daha erkən saatlara çəkməyin qaraciyər sağlamlığına təsirini dəqiqləşdirmək üçün əlavə araşdırmalar aparmağı planlaşdırırlar.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır