Elmi araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər
31.10.2026 12:37

Hətta qısa müddətli və asta templə gəzintilər də demensiya riskini azalda bilər. Araşdırmalar göstərir ki, fiziki fəallıq nisbətən az olduqda belə sağlamlığa müsbət təsiri müşahidə edilir.

 

Aztibb.az www.inc.com-a istinadla xəbər verir ki, avstraliyalı alimlər Böyük Britaniyada yaşayan 78 mindən çox insanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, gündə təxminən 3800 addım atan insanlarda demensiya riski, demək olar ki, hərəkətsiz həyat tərzi keçirənlərlə müqayisədə 25 faiz aşağıdır. Bununla yanaşı, yerimə sürəti həlledici amil olmayıb.

 

Demensiyanın qarşısının alınmasında ən böyük müsbət təsir gündə təxminən 9800 addım atan insanlarda müşahidə edilib. Hər gün təxminən 10 min addım atan iştirakçılarda yeddi il davam edən müşahidə müddətində demensiya diaqnozu qoyulması riski təxminən iki dəfə aşağı olub.

 

Finlandiyada aparılan “FINGER” araşdırması da həyat tərzinin dəyişdirilməsinin beyin sağlamlığını qorumağa və idrak qabiliyyətlərinin zəifləmə riskini azaltmağa kömək edə biləcəyini göstərib. Araşdırmaya neyrogеriatriya üzrə finlandiyalı professor Miya Kivipelto rəhbərlik edib.

 

Tədqiqat çərçivəsində mütəxəssislər fiziki fəallığı, sağlam qidalanmanı və idrak qabiliyyətlərini inkişaf etdirən məşqləri əhatə edən kompleks tədbirlərin təsirini öyrəniblər. Nəticələr göstərib ki, sağlam həyat tərzinin bir neçə amilinin birlikdə tətbiqi koqnitiv funksiyalara daha güclü müsbət təsir göstərir.

 

Professor bildirib ki, beyində patoloji proseslər ilk simptomlar üzə çıxmazdan 15-20 il əvvəl başlaya bilər. Buna görə də profilaktik tədbirlər həm yaşlı, həm də gənc yaşlarda vacibdir.

Ölkə əhalisinin təxminən hər üç nəfərindən biri Altsheymer xəstəliyinin inkişaf riskini artıran APOE4 gen variantının daşıyıcısıdır. Bununla belə, genetik meyilliliyin olması xəstəliyin mütləq inkişaf edəcəyi demək deyil.

 

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib