Sağlam qidalanma bioloji yaşlanmanı ləngidə bilər
31.10.2026 13:02

Almaniyalı alimlərin araşdırması sağlam qidalanmanın müxtəlif modellərinin orqanizmin bioloji yaşlanmasının daha yavaş getməsi ilə əlaqəli olduğunu göstərib.

 

Aztibb.az www.sciencedaily.com-a istinadla bildirir ki, Almaniyanın Neyrodegenerativ Xəstəliklər Mərkəzinin (DZNE) tədqiqatçıları təxminən 7 500 nəfərin məlumatlarını təhlil edərək Aralıq dənizi, Skandinaviya, bitki mənşəli qidalanma, eləcə də qan təzyiqinin tənzimlənməsinə yönəlmiş DASH pəhrizi daxil olmaqla, 10 qidalanma modelini araşdırıblar.

 

Alimlər iştirakçıların qidalanma vərdişlərini qan nümunələrindəki DNT metilasiyası göstəriciləri ilə müqayisə ediblər. DNT-də baş verən bu kimyəvi dəyişikliklər genlərin fəaliyyətinin tənzimlənməsində rol oynayır və bioloji yaşın qiymətləndirilməsinə imkan verir.

 

Nəticələr göstərib ki, araşdırılan sağlam qidalanma modellərinə daha çox əməl edən şəxslərdə bioloji yaşlanma göstəriciləri daha əlverişli olub. Bununla belə, təsirin dərəcəsi qidalanma modelindən asılı olaraq dəyişib. Tədqiqatçılar həmçinin fərqli qidalanma modelləri ilə əlaqəli molekulyar dəyişikliklərin bir çoxunun oxşar bioloji proseslərdə birləşdiyini müəyyən ediblər.

 

Mütəxəsssislərin fikrincə, nəticələr sağlam qidalanma üçün vahid və hamıya uyğun ideal pəhrizin olmadığını göstərir. İnsanların fərdi ehtiyaclarına və həyat tərzinə uyğun sağlam qidalanma modelini seçməsi mümkün ola bilər.

 

Tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub. Müəlliflər vurğulayırlar ki, araşdırma qidalanma ilə bioloji yaşlanma arasında əlaqəni üzə çıxarsa da, səbəb-nəticə əlaqəsini qəti şəkildə sübut etmir.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib