Zəfər Gününə həsr olunmuş intellektual oyun: “Kim? Harada? Nə zaman?”
30.10.2026 15:58

Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi tibb fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual oyunlar klubunun birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə tələbə və kursantlar arasında “Kim? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. 

 

Universitetdən Aztibb.az-a bildirilib ki, yarış gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, məntiqi təfəkkürünün və dünyagörüşünün inkişaf etdirilməsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyıb. 

 

Ümumilikdə 16 komandanın iştirak etdiyi turnir üç mərhələdə təşkil olunub. Yarış zamanı iştirakçılar dünyagörüşünü, məntiqi düşünmə və operativ qərar qəbuletmə bacarıqlarını sınayan sualları cavablandırıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyun tələbə və kursantların bilik və bacarıqlarını nümayiş etdirmələri ilə yanaşı, onların komanda işi və əməkdaşlıq vərdişlərinin möhkəmləndirilməsinə də töhfə verib. 

 

Yarışın nəticələrinə əsasən, birinci yeri “Zəfər yolu” komandası, ikinci yeri “Zirvə” komandası, üçüncü yeri isə “Bayraqdar” komandası tutub. 

 

Turnirin sonunda qalib komandaların mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə ATU-nun Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev iştirak edib. Fərqlənən komandalara sertifikat və medallar təqdim olunub. Birinci yerin sahibi olan “Zəfər yolu” komandası isə turnirin baş mükafatı – xüsusi kubokla təltif edilib. 

 

Gələcəyin hərbi həkimləri və tibb mütəxəssislərinin biliklərinin artırılması, yaradıcı potensiallarının üzə çıxarılması, analitik düşünmə və qərar qəbuletmə bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət daşıyan tədbir Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə də xidmət edir. İntellektual oyun bu hədəflərdən DİM 4 – Keyfiyyətli təhsil məqsədinə uyğun olaraq gənclərin bilik və bacarıqlarının inkişafına, qeyri-formal öyrənmə imkanlarının genişləndirilməsinə töhfə verir. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib