Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur
30.10.2026 13:08
Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsində qadınlara hamiləlik, doğuş və doğuşdan sonrakı mərhələlərdə, eləcə də qadın sağlamlığının qorunması, sağlam hamiləliyin təmin edilməsi və ginekoloji xəstəliklərin vaxtında aşkarlanması və müalicə olunmasında müasir tibbi xidmətlər göstərilir.
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
Bildirilib ki, şöbənin rəisi, mama-ginekoloq Təranə Bayramova, mama-ginekoloqlar Sədi Allahverdiyev, Mehriban Əmirova, Nigar Məmmədova, Raziyyə Tapdıqova və Leyla Qaçayeva yüksəkixtisaslı mütəxəssisləri müasir diaqnostika və müalicə üsullarından istifadə etməklə qadın sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına və fərdi müalicə yanaşmasının tətbiqinə xüsusi diqqət yetirirlər.
Hamiləliyin planlaşdırılmasından doğuşdan sonrakı müşahidəyədək
Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsində hamiləlik öncəsi müayinələr, hamiləliyin gedişinin izlənilməsi, dölün inkişafının qiymətləndirilməsi, risklərin müəyyənləşdirilməsi və profilaktik tədbirlər həyata keçirilir. Tibbi göstərişlərə uyğun olaraq təbii doğuş və keysəriyyə əməliyyatı aparılır, doğuşdan sonra ana və körpənin vəziyyətinin izlənilməsi təmin edilir.
Hamiləliyin planlaşdırılması mərhələsində qadınların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, mövcud risklərin müəyyənləşdirilməsi və zəruri müayinələrin aparılması ana və körpənin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Ginekoloji xəstəliklərin diaqnostikası və müalicəsi
Şöbədə geniş yayılmış ginekoloji xəstəliklərin müayinə və müalicəsi, açıq və endoskopik cərrahi müdaxilələr, o cümlədən uşaqlıq miomalarının konservativ və cərrahi müalicəsi, yumurtalıq törəmələrinin endoskopik cərrahiyyəsi, polikistik yumurtalıq sindromunun müalicəsi, eləcə də uşaqlıq və sidik kisəsinin sallanması və sidik qaçırma problemlərinin idarə olunması üzrə tibbi xidmətlər göstərilir.
Müasir estetik və funksional ginekologiya xidmətləri
Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsində tibbi göstərişlər və fərdi qiymətləndirmə əsasında estetik və funksional ginekologiya sahəsində də xidmətlər təqdim olunur. Müvafiq hallarda PRP, botulinum toksini və dolğu preparatlarının tətbiqi, eləcə də doğuşdan sonra yaranmış bəzi çapıq dəyişikliklərinin korreksiyası nəzərdən keçirilir. Şöbədə estetik və funksional ginekologiya sahəsində FEMILIFT fraksional CO₂ lazer texnologiyasından istifadə olunur.
Bu bölməyə aid digər xəbərlər
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
31.10.2026 | 14:28
Sağlam qidalanma bioloji yaşlanmanı ləngidə bilər
31.10.2026 | 13:02
Elmi araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər
31.10.2026 | 12:37
Psixoloq: “Dopamin çuxuru” vəziyyətindən yeddi addımla çıxmaq mümkündür
31.10.2026 | 10:40
Qazaxda eyni gündə üç ağır cərrahi əməliyyat keçirən pasiyentin həyatı xilas edilib
31.10.2026 | 07:21
Zəfər Gününə həsr olunmuş intellektual oyun: “Kim? Harada? Nə zaman?”
30.10.2026 | 15:58
Otit nədir və necə müalicə olunur?
30.10.2026 | 14:13
Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur
30.10.2026 | 13:08
Bəzi insanlar üçün 5 saat yuxu kifayət edə bilər – Səbəb genetikadır
30.10.2026 | 12:43
Erkən yaşda smartfon istifadəsi psixi sağlamlığa mənfi təsir edir – Beynəlxalq araşdırma
30.10.2026 | 10:40
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
24.10.2026 | 19:16
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
26.10.2026 | 11:19
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
25.10.2026 | 10:23
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
22.10.2026 | 10:49
İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?
28.10.2026 | 16:50
Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib
26.10.2026 | 16:52
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
22.10.2026 | 10:44
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
25.10.2026 | 07:24
Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir
27.10.2026 | 16:04
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
26.10.2026 | 15:43
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
25.10.2026 | 09:28

