Psixoloq: “Dopamin çuxuru” vəziyyətindən yeddi addımla çıxmaq mümkündür
31.10.2026 10:40

Uzunmüddətli stress və ya intensiv iş rejimindən sonra “dopamin çuxuru” adlandırılan vəziyyət yarana bilər. Lakin bu ifadə tibbi diaqnoz hesab olunmur.

 

Aztibb.az "Medikforum"a istinadən yazır ki, psixoloq Alyona Artamonova apatiyanı aradan qaldırmaq və motivasiyanı bərpa etmək üçün yeddi addım təklif edib.

Mütəxəssis ilk növbədə yuxu rejimini qaydaya salmağı və gündə 7–8 saat yatmağı, həmçinin müntəzəm fiziki hərəkətliliyi artırmağı tövsiyə edib. Fiziki yük tədricən artırılmalıdır. İlkin mərhələdə sürətli addımlarla gəzinti kifayət edə bilər.

Növbəti addım qısa videolara və sosial şəbəkələrə sərf olunan vaxtı azaltmaq, eləcə də özünü daim başqaları ilə müqayisə etmək vərdişindən imtina etməkdir.

Gündəlik həyata marağın bərpasında canlı ünsiyyət və yaxınların dəstəyi də mühüm rol oynayır. Psixoloq böyük və çətin tapşırıqlar siyahısı hazırlamaq əvəzinə, kiçik və yerinə yetirilməsi mümkün olan məqsədlər müəyyənləşdirməyi məsləhət görüb. Belə ki, əldə olunan kiçik uğurlar motivasiyanın qorunmasına kömək edir.

Digər mühüm addım qidalanmanı balanslaşdırmaq və alkoqol qəbulunu azaltmaqdır.

Bu tədbirlər nəticə vermədikdə vəziyyətin səbəblərini müəyyənləşdirmək və vərdişləri dəyişmək üçün psixoloji yardıma müraciət etmək tövsiyə olunur. Mütəxəssis müsahibəsində vurğulayıb ki, davamlı apatiya, hərəkət pozuntuları və ya nəzərəçarpan depressiv əlamətlər müşahidə edildikdə həkimə müraciət etmək vacibdir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Həkim karyerası boyu bu şişlərə cəmi bir neçə dəfə rast gələ bilər – Onkoloq nadir xərçəng növlərini açıqlayıb
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Dodaq uçuğuna səbəb olan virus beynin immun müdafiəsini zəiflədə bilər
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
“Həkimlərimizi tanıyaq!
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib