Qazax Rayon Mərkəzi Xəstəxanasında klinik ölüm həddində və komatoz vəziyyətdə hospitalizasiya olunan pasiyentin həyatını xilas etmək mümkün olub.
Aztibb.az xəbər verir ki, 2005-ci il təvəllüdlü kişi 5 oktyabr 2026-cı il tarixində ağır vəziyyətdə xəstəxananın Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Müayinə zamanı ona bədənin müxtəlif nahiyələrinin kəsilmiş və deşilmiş yaraları diaqnozu qoyulub, zəruri ilkin tibbi yardım göstərilib.
Həmin gün pasiyentin üzərində üç ağır cərrahi müdaxilə – sol torakotomiya, perikardiotomiya və diaqnostik laparotomiya əməliyyatları icra olunub.
Əməliyyatlar həkim-cərrahlar Vasif Məmmədov və Əşrəf Novruzov, həmçinin həkim-anestezioloq Şahin Allahverdiyevdən ibarət tibbi briqada tərəfindən uğurla həyata keçirilib.
Aparılan müalicə tədbirlərindən sonra pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib. O, oktyabrın 30-da müalicə kursunu başa vuraraq ambulator müalicənin davam etdirilməsi üçün evə buraxılıb.

