Qazaxıstanın DVC xərçəngəleyhinə preparatı 2027-ci ildə qeydiyyata alına bilər
19.08.2026 13:30

Qazaxıstanda hazırlanmış DVC şişəleyhinə preparatı klinik sınaqların ikinci mərhələsindən keçir. Tərtibatçılar zəruri prosedurları 2026-cı ilin sonunadək başa çatdırmağı və preparatı qeydiyyata təqdim etməyi planlaşdırırlar. Bu barədə Qazaxıstanın Elm və Ali Təhsil naziri Səyasət Nurbek məlumat verib.

Aztibb.az "Pharmnews"a istinadən yazır ki, klinik tədqiqatlar Astanada Milli Elmi Onkologiya Mərkəzinin bazasında aparılır. Hazırkı mərhələdə mütəxəssislər preparatın optimal dozasını müəyyənləşdirir və pasiyentlərin müxtəlif dozalara reaksiyasını qiymətləndirirlər.

Sınaqlar başa çatdıqdan sonra əldə olunan nəticələrin ekspertizaya təqdim edilməsi planlaşdırılır. Daha sonra preparat Dərman Vasitələrinin Milli Ekspertiza Mərkəzi vasitəsilə dövlət qeydiyyatı prosedurundan keçməlidir.

Səyasət Nurbekin sözlərinə görə, zəruri prosedurlar uğurla başa çatdırılarsa, preparat 2027-ci ildə Qazaxıstanda istifadəyə verilə bilər.

İlkin mərhələdə DVC-nin Qazaxıstanda və Avrasiya İqtisadi İttifaqı ərazisində istifadəsi üçün qeydiyyata alınması planlaşdırılır. Digər bazarlara çıxmaq üçün isə tərtibatçılar müvafiq ölkələrin tələblərinə uyğun qeydiyyat prosedurlarından keçməli olacaqlar.

DVC-nin pasiyentlər üzərində klinik sınaqları 2026-cı ildə başlayıb. Bundan əvvəl tərtibatçılar preparatın klinikadan əvvəlki tədqiqatlarını başa çatdırıblar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır