Valideynlər üçün vacib məlumat: uşaqlar bu yaşlarda peyvənd olunmalıldırlar
18.08.2026 19:09

Uşaqların peyvəndlərlə vaxtında təmin olunması bir sıra yoluxucu xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Milli peyvənd təqviminə əsasən, uşaqlara müxtəlif yaş dövrlərində fərqli vaksinlər tətbiq edilir.

TƏBİB-dən Aztibb.az-a bildirilib ki, uşaqlar üçün peyvənd təqviminə əsasən, doğumdan sonrakı ilk saatlardan başlayaraq 6 yaşa qədər müəyyən vaksinlərin vaxtında vurulması nəzərdə tutulur.

Doğumdan sonra 12 saat ərzində:

• HepB (Hepatit B)
• BCG (Vərəm)

2 aylıqda:

• Heksavaksin – difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofilik infeksiya və poliomielitə qarşı
• PK – pnevmokok infeksiyalarına qarşı

3 aylıqda:

• Heksavaksin – difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofilik infeksiya və poliomielitə qarşı

4 aylıqda:

• Heksavaksin – difteriya, göyöskürək, tetanus, hepatit B, B tipli hemofilik infeksiya və poliomielitə qarşı
• PK – pnevmokok infeksiyalarına qarşı

6 aylıqda:

• bOPV – poliomielitə qarşı
• PK – pnevmokok infeksiyalarına qarşı

12 aylıqda:

• QMP – qızılca, epidemik parotit və məxmərəyə qarşı

18 aylıqda:

• bOPV – poliomielitə qarşı
• GDT – göyöskürək, difteriya və tetanusa qarşı

6 yaşında:

• QPM – qızılca, epidemik parotit və məxmərəyə qarşı
• DT – difteriya və tetanusa qarşı

Valideynlər uşaqların peyvəndlərinin vaxtında aparılmasına diqqət etməli, peyvəndlərlə bağlı suallar yarandıqda pediatr və ya ailə həkiminə müraciət etməlidirlər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır