Dermatovenerologiya ixtisası: elmi-tibbi hazırlıq, müasir diaqnostika və müalicə yanaşmaları
13.08.2026 15:26

 

Dermatovenerologiya — dəri və onun hüceyrələrinin strukturunu və funksiyalarını, dermatozlu və cinsi yolla yoluxan infeksiyalı (CYYİ) xəstələrin müayinə edilməsinin xüsusiyyətlərini, xəstəliklərin yaranma mexanizmlərini, diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən müasir və dinamik tibb sahəsidir.

 

Aztibb.az xəbər verir ki, dəri orqanizmin ümumi vəziyyətini əks etdirdiyi üçün həkim-dermatoveneroloq geniş tibbi biliklərə malik olmalıdır. Hazırlığın əsasını patoloji fiziologiya, histologiya və patomorfologiya kimi fundamental fənlər təşkil edir.

 

Təhsil prosesində rezidentlər və tələbələr dərinin quruluşunu, xəstəliklərin inkişaf mexanizmlərini, müasir diaqnostika və müalicə üsullarını mənimsəyirlər. Tədris proqramına klinik bazalarda davamlı rotasiyalar, eləcə də ən müasir tibbi avadanlıqlarla praktiki iş daxildir. Diaqnostika dermatovenerologiyanın ən vacib istiqamətlərindəndir. Təhsil zamanı rəqəmsal dermatoskopiya, laborator və instrumental müayinə üsulları öyrədilir. Tələbələr və rezidentlər yalnız müalicə üsullarını deyil, həm də fənlərarası işləmək bacarığına yanaşmanı, dəri təzahürlərinin orqanizmin ümumi vəziyyəti ilə əlaqəsini düzgün qiymətləndirməyi də öyrənirlər.

 

Dermatovenerologiya immunologiya, endokrinologiya, infeksion xəstəliklər və kosmetologiya ilə sıx bağlı bir ixtisasdır. Bu gün dünyada ən çox tələb olunan ixtisaslardan biridir, sabit karyera perspektivləri, peşəkar inkişaf, elmi tədqiqatlar aparmaq və beynəlxalq konfranslara qatılmaq imkanları verir. Bu yol elm, klinik təcrübə və yeniliklərin kəsişməsində çalışmaq, daim öyrənmək, inkişaf etmək və insanlara real fayda vermək istəyənlər üçün doğru seçimdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır