TƏBİB beynəlxalq tibbi əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşlər keçirir
11.08.2026 18:19

TƏBİB beynəlxalq əməkdaşlığın inkişafı, qabaqcıl tibbi təcrübələrin ölkədə tətbiqinin təşviqi və peşəkar institusional əlaqələrin gücləndirilməsi istiqamətindəki ardıcıl işlərə davam edir.

 

Aztibb.az-a TƏBİB-dən bildirilib ki, bu istiqamətdə Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyəti və Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə TƏBİB-in rəhbər şəxsləri arasında görüş keçirilib. Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın “GFO Troisdorf” Xəstəxanalar Qrupunun baş həkimi Nuran Abdullayevin rəhbərlik etdiyi xarici nümayəndə heyəti və digər mütəxəssislər iştirak edib.

 

Görüş zamanı insult və digər neyrovaskulyar xəstəliklər üzrə klinik məlumatların vahid reyestrdə toplanmasını nəzərdə tutan “Caspian Neurovascular Outcomes Registry” layihəsi təqdim olunub. Layihənin müalicə nəticələrinin qiymətləndirilməsi, elmi tədqiqatların dəstəklənməsi və xidmət keyfiyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.

 

Tərəflər tibb işçilərinin Almaniyada ixtisasartırma proqramlarında iştirakı, yerli mütəxəssislər üçün təlimlərin təşkili, peşəkar bilik mübadiləsinin genişləndirilməsi, habelə insult xidmətlərinin təkmilləşdirilməsi istiqamətində Almaniya təcrübəsinin tətbiqi imkanlarını müzakirə ediblər.

 

Əməkdaşlıq çərçivəsində professor Nuran Abdullayevin iştirakı ilə Yeni Klinikada tibbi konsilium da keçirilib. Konsilium zamanı mürəkkəb klinik-radioloji hallar müzakirə edilib, həmçinin radiologiya xidmətlərinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, skrininq proqramlarının tətbiqi, o cümlədən referans mərkəz modelinin inkişafı mövzuları danışılıb. Professor Yeni Klinikanın İnsult Mərkəzi və Angioqrafiya bölməsinin fəaliyyəti ilə də tanış olub.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır