Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
14.08.2026 13:12

Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Üsküdar Universitetinin bir qrup tələbəsi Azərbaycan Tibb Universitetində (ATU) iki aylıq kliniki təcrübə proqramını uğurla başa vurub.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində təşkil olunan proqram tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, müasir klinik yanaşmalarla tanış olmasına və xəstələrlə iş prosesini yaxından müşahidə etməsinə geniş imkan yaradıb.

 

İki ay ərzində Üsküdar Universitetinin 8 tələbəsi ATU-nun I Daxili xəstəliklər, I Cərrahi xəstəliklər və Ağciyər xəstəlikləri kafedralarında kliniki təcrübədə iştirak edib. Təcrübə müddətində tələbələr həkimlərin gündəlik fəaliyyətini müşahidə edib, klinik proseslərdə yaxından iştirak edib, xəstələrin müayinəsi və müalicəsinin təşkili ilə bağlı praktik bilik və bacarıqlarını inkişaf etdiriblər.

 

Proqramın əsas məqsədlərindən biri tələbələrin müxtəlif klinik vəziyyətlər üzrə təcrübə qazanması, peşəkar biliklərini zənginləşdirməsi və beynəlxalq tibbi təcrübə mübadiləsində iştirak etməsidir.

 

Qeyd edək ki, Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrin genişləndirilməsinə, xarici ali təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsinə və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən layihələr tələbələrin peşəkar inkişafına töhfə verməklə yanaşı, Azərbaycan və xarici ölkələrin tibb təhsili müəssisələri arasında akademik və elmi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub