Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 11:38

Mərkəzi Gömrük Hospitalında Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya İctimai Birliyinin (AZDAS İB) və Türkiyə Dezinfeksiya, Antiseptika və Sterilizasiya Dərnəyinin (DAS Derneği) nümayəndələri ilə işgüzar görüş keçirilib.

 

Hospitaldan Aztibb.az-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Türkiyə DAS Dərnəyinin sədri, professor Aziz Öğütlü, AZDAS İB İdarə Heyətinin sədri Yusuf Ceyhan, AZDAS İB-in həmtəsisçisi və icraçı katibi Aida Ceyhan, AZDAS İB İdarə Heyətinin üzvü Sönməz Cəmilov və Hospitalın aidiyyəti mütəxəssisləri iştirak edib.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov çoxprofilli klinik xidmətlər göstərilən, mürəkkəb cərrahi müdaxilələr və orqan transplantasiyası əməliyyatları həyata keçirilən Mərkəzi Gömrük Hospitalında dezinfeksiya, antiseptika, sterilizasiya və xəstəxanadaxili infeksiyalara nəzarətin təşkili məsələləri barədə qonaqlara ətraflı məlumat verib. Türkiyə DAS Dərnəyinin sədri, professor Aziz Öğütlü infeksiyalara nəzarətin təşkili istiqamətində Hospitalda görülmüş işləri yüksək qiymətləndirib.

 

Görüş iştirakçıları arasında pasiyent və tibb işçilərinin təhlükəsizliyinin təmin edilməsinin gücləndirilməsi, beynəlxalq təcrübənin paylaşılması, eləcə də aidiyyəti mütəxəssislərin davamlı təlim imkanları barədə fikir mübadiləsi aparılıb.

 

Həmçinin ölkəmizdə keçirilməsi planlaşdırılan AZDAS II Beynəlxalq Dezinfeksiya və Sterilizasiya Konqresi ilə bağlı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun rəy və tövsiyələri dinlənilmiş, qarşılıqlı faydalı peşəkar əməkdaşlıq imkanları müzakirə edilmişdir.

 

Görüş Azərbaycan və Türkiyənin səhiyyə qurumları arasında dezinfeksiya, antiseptika və sterilizasiya sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
Lerik RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
I Naxçıvan Beynəlxalq Tibb Günlərində aktual mövzularda müzakirələr aparılıb
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub