Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
15.08.2026 09:15

Qobustan Rayon Mərkəzi Xəstəxanasında azyaşlı uşaqlar, hamilə və zahı qadınlara göstərilən patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, təlim Ailə Sağlamlığı Mərkəzinin şöbə müdiri Nərgiz Sadıqzadə tərəfindən aparılıb.

 

Təlimdə tibb müəssisəsinin həkimləri, kənd həkim məntəqələrinin və kənd ailə sağlamlığı mərkəzlərinin əməkdaşları iştirak ediblər

 

Təlim zamanı azyaşlı uşaqların, hamilə və zahı qadınların sağlamlıq vəziyyətinin patronaj xidməti çərçivəsində izlənilməsi, profilaktik tədbirlərin təşkili, risklərin erkən müəyyənləşdirilməsi və patronaj xidmətinin səmərəli təşkili ilə bağlı məsələlər müzakirə olunub.

 

Təlimin əsas məqsədi patronaj xidmətinin keyfiyyətinin artırılması, tibb işçilərinin bu istiqamətdə bilik və bacarıqlarının təkmilləşdirilməsi, əhalinin həssas qruplarına göstərilən tibbi xidmətlərin daha səmərəli təşkili olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır