Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
14.08.2026 15:15

13.08.2026-cı il tarixində saat 07:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonu, və saat 12:00 radələrində Füzuli rayonu ərazisindən doğuş sancısı səbəbilə çağırışlar daxil olub.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, çağırış ünvanlarına dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

 

Bakı şəhəri üzrə təcili tibbi yardım heyəti tərəfindən 38 həftəlik hamilə qadının doğuş prosesi çağırış ünvanında həyata keçirilib. Füzuli rayonu üzrə isə 39 həftəlik hamilə qadının doğuş prosesi ambulansda icra edilib.

 

Bakı şəhəri üzrə təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuşa (qadın cinsli) zəruri ilkin tibbi yardım göstərildikdən sonra 7 saylı Doğum Evinə təxliyə edilib. Füzuli rayonu üzrə isə ana və yenidoğulmuş (kişi cinsli) Füzuli RMX-ın Doğum şöbəsinə yerləşdirilib.

 

Çəkisi 2.5 kq, boyu 48 sm və digərinin çəkisi 3.5 kq, boyu 53 sm olan körpələrin və anaların vəziyyətləri qənaətbəxş olaraq qiymətləndirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır