Nevroloq ayağa qalxarkən başgicəllənmənin səbəblərini açıqlayıb
16.08.2026 10:17

Ayağa qalxarkən başgicəllənməsi sadəcə müvəqqəti narahatlıq deyil, bəzi hallarda ciddi xəstəliklərin əlaməti ola bilər. Bu barədə nevroloq Veronika Filonskaya məlumat verib.

Aztibb.az "İzvestiya" nəşrinə istrinadən yazır ki, həkimin sözlərinə görə, başgicəllənmə insanın bədəninin fəzadakı vəziyyətini yanlış hiss etməsi və ya əslində hərəkət olmadığı halda hərəkət hissinin yaranması ilə xarakterizə olunur.

Mütəxəssis qeyd edib ki, tibbdə başgicəllənmənin iki əsas növü fərqləndirilir:

Sistemli başgicəllənmə – ətraf mühitin fırlandığı və ya "karusel" effekti hiss olunur.
Qeyri-sistemli başgicəllənmə – yırğalanma, qeyri-sabitlik, tarazlığın pozulması və ya huşunu itirəcəkmiş kimi hiss etmə ilə müşayiət olunur.

Sistemli başgicəllənmənin ən çox rast gəlinən səbəbləri arasında xoşxassəli paroksizmal mövqe başgicəllənməsi, Menyer xəstəliyi, vestibulyar neyronit və vestibulyar miqren yer alır. Daha nadir hallarda isə bu əlamət eşitmə sinirinin nevrinoması, insult və dağınıq skleroz (multipl skleroz) kimi ciddi xəstəliklərlə əlaqəli ola bilər.

Qeyri-sistemli başgicəllənmə isə narahatlıq və depressiya fonunda inkişaf edən davamlı postural-perseptiv başgicəllənmə, dəmir çatışmazlığı anemiyası və ortostatik hipotenziya ilə bağlı yarana bilər. Bu zaman insan qəfil ayağa qalxdıqda gözlərinin qaralması, zəiflik və tarazlığın pozulması hiss edə bilər.

Nevroloq vurğulayıb ki, başgicəllənmə müstəqil diaqnoz deyil və müxtəlif səbəblərdən qaynaqlana bilər. Buna görə də bu əlaməti avtomatik olaraq "boyun damarlarının sıxılması", "oksigen çatışmazlığı" və ya "osteoxondroz"la əlaqələndirmək düzgün deyil. Simptomun arxasında daha mürəkkəb nevroloji və ya digər tibbi problemlər dayana bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, başgicəllənmə ilə yanaşı nitq və ya görmə pozğunluğu, bədənin bir tərəfində zəiflik, üz və ya ətraflarda keyimə, koordinasiya pozğunluğu və ya üzün asimmetriyası yaranarsa, bu insultun əlaməti ola bilər və təcili tibbi yardım tələb edir.

Həmçinin güclü baş ağrısı, "başda duman" hissi və davamlı halsızlıq anemiyanın əlamətləri də ola bilər. Bu səbəbdən tez-tez təkrarlanan və ya səbəbi bilinməyən başgicəllənmə zamanı həkimə müraciət etmək tövsiyə olunur.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub