Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
08.08.2026 18:09

Ürək-damar xəstəlikləri müasir dövrdə bütün dünyada olduğu kimi. Azərbaycanda da ölüm və əlilliyin əsas səbəblərindən biri olaraq qalır. Demoqrafik dəyişikliklər, əhalinin yaşlanması, urbanizasiya, oturaq həyat tərzi, qeyri-sağlam qidalanma, stress, piylənmə, şəkərli diabet və arterial hipertenziyanın geniş yayılması nəticəsində ürək-damar patologiyalarının tezliyi ildən-ilə artmaqdadır.

 

Aztibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetində (ATU) həyata keçirilən Kardiologiya rezidentura ixtisası beynəlxalq tibbi təhsil standartlarına uyğun hazırlanmış müasir tədris proqramıdır. Proqramın məqsədi nəzəri biliklərlə yanaşı klinik düşüncə, praktik bacarıq və elmi fəaliyyət vərdişlərinə malik yüksək ixtisaslı kardioloqlar hazırlamaqdır.
Müasir kardiologiya erkən profilaktika, risk faktorlarının qiymətləndirilməsi, sübuta əsaslanan müalicə, invaziv müdaxilələr, ürək çatışmazlığı və ritm pozğunluqlarının idarə olunmasını əhatə edən geniş tibbi sahədir.

Rezidentlər elektrokardioqrafiya, exokardioqrafiya, Holter monitorinqi, stress-testlər, koronar angioqrafiya, intensiv terapiya və təcili kardioloji yardım üzrə praktik bacarıqlar əldə edirlər.
Elmi-tədqiqat fəaliyyəti proqramın ayrılmaz hissəsidir. Rezidentlər statistik analiz, elmi məqalələrin hazırlanması, beynəlxalq klinik tövsiyələrin öyrənilməsi və konfranslarda iştirak imkanları qazanırlar.
“Böyük Qayıdış” proqramı çərçivəsində yeni səhiyyə müəssisələrinin yaradılması peşəkar kardioloqlara tələbatı daha da artırır. Məzunlar dövlət və özəl xəstəxanalarda, invaziv mərkəzlərdə, universitetlərdə və elmi-tədqiqat institutlarında fəaliyyət göstərə bilərlər.
Kardiologiya insan həyatını xilas edən, yüksək məsuliyyət və davamlı peşəkar inkişaf tələb edən strateji ixtisasdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır