Dəmir çatışmazlığı və anemiya - Orqanizm üçün önəmi, mənbələri və norması
07.08.2026 11:35

Dəmir çatışmazlığı dəmirdefisitli anemiyaların yaranmasına səbəb olur. Bu isə xüsusi həssas əhali qrupunun - qadınların sağlamlığına, dünyaya gətirdikləri uşaqlarının immun sisteminin zəif olmasına, daha çox infeksiyalara məruz qalmasına, fiziki və intellektual inkişaflarına mənfi təsir göstərir. Odur ki, dəmirlə zəngin qidaların qəbul edilməsi olduqca vacibdir.

 

Aztibb. az "Everydayhealth" nəşrinə istinadən yazır ki, qidalanmada dəmirin iki əsas növü mövcuddur:

  • Hem dəmir (Heyvan mənşəli): Qırmızı ət, qaraciyər, toyuq və balıq ətində olur. Mədə-bağırsaq sistemi tərəfindən 15–35% nisbətində, yəni çox daha sürətlı və effektiv mənimsənilir.

  • Qeyri-hem dəmir (Bitki mənşəli): İspanaq, mərci, noxud, qabaq toxumu, quru meyvələr və tünd şokoladın tərkibində var. Bu növün mənimsənilmə faizi daha aşağıdır (2–20%).

 

Dəmir bir çox qidalarda olsa da, bəzi məhsullara əlavə olunur və qida əlavəsi kimi istifadə edilir. Hemoqlobinin əsas tərkib hissəsi olmaqla eritrosit zülalına daxildir və oksigeni ağciyərlərdən toxumalara ötürməklə orqanizmi oksigenlə zənginləşdirir. Dəmir orqanizmi oksigenlə təmin edən digər miyoqlobin zülalının da əsas tərkib hissəsinə daxildir, əzələdə mübadiləni dəstəkləyir və birləşdirici toxumanın sağlam inkişafına kömək edir.

Dəmir böyümə, nevroloji inkişaf, hüceyrələrin işləməsi və bəzi hormonların sintezi üçün də lazımdır. Qidada dəmir hem və qeyri-hem formasındadır. Bitki və dəmirlə zəngin olan qidalarda yalnız non hem dəmiri var. Ət, dəniz məhsulları və quş ətinin tərkibində həm hem, həm də qeyri-hem dəmiri olur. Nonheme dəmirinin qidada əsas qaynaqları qoz-fındıq, lobya, tərəvəz və taxıl məhsullarıdır.

Qidalarda dəmir ehtiyacının təxminən yarısı çörək, dənli bitki və digər taxıl məhsullarından gəlir. Bundan başqa ana südündə yüksək miqdarda bioyararlı dəmir var. Lakin bu, 4-6 aydan böyük uşaqların ehtiyaclarını ödəmək üçün kifayət etmir. Odur ki, mütəxəssislər tərkibində dəmir olan qida məhsullarının istehlakını tövsiyə edirlər. Bunlar əsasən qaraciyər (hamiləlik zamanı istifadə edilməsi məsləhət deyil), ət, paxlalı bitkilər, qoz-fındıq, quru meyvələr, tam taxıllı məhsullar, alma, yumurta sarısı, kələm, qırmızı çuğundur, kök, sarımsaq, soğan, noxud, balıq və balıq məhsulları, səhər yeməyi üçün bərkidilmiş dənli bitkilər, soya unu, tünd-yaşıl yarpaqlı tərəvəzlərdir.

Nəzərə almaq lazımdır ki, dəmirin yüksək miqdarda qəbul edilməsinin əks təsirləri də var. Məsələn, normadan artıq dəmir qəbulu qəbizlik, halsızlıq, qusma və mədə ağrısı kimi xoşagəlməz hallar yaradır. Odur ki, dəmirin gündəlik qəbulu müəyyən edilən normanı keçməməlidir.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
 Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib   
Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub