Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
17.09.2026 13:18
29 sentyabr 2026-cı il tarixində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Mərkəzi Klinikanın təşkilatçılığı ilə “Ürəyinin ritmini tut!” şüarı ilə Ümumdünya Ürək Gününə həsr olunmuş elmi-praktiki seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək.
 
Aztibb.az-ın məlumatına görə, elmi-praktiki seminar çərçivəsində ürək-damar xəstəliklərinin profilaktikası, müasir diaqnostika və müalicə yanaşmaları, eləcə də aktual klinik mövzular müzakirə olunacaq.
 
“Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursunda mitral qapaq cərrahiyyəsində minimal invaziv yanaşmalar və müasir cərrahi üsullar üzrə nəzəri və praktik məlumatlar təqdim ediləcək.
 
Hər iki tədbir Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub və ümumilikdə 8 kredit balı ilə qiymətləndirilib.
 
Bütün həmkarlarımızı elmi müzakirələrə, təcrübə mübadiləsinə və müasir cərrahi yanaşmaların müzakirəsinə həsr olunmuş bu tədbirlərdə iştiraka dəvət edirəm!
 
Tarix: 29 sentyabr 2026
Məkan: Mərkəzi Klinika
 
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
Diabet və böyrəklər: səssiz təhlükə
Oromandibulyar distoniya nədir?