Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib  
14.09.2026 13:41
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının bir qrup əməkdaşı “Gənc Tibb İşçilərinin Konfransı” layihəsində iştirak edib.
 
Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin gənc səhiyyə işçilərinin peşəkar inkişafına, sosial rifahına və regionlarda fəaliyyətlərinin davamlılığının dəstəklənməsinə yönəlmiş “Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib.
 
Tovuz rayonunda keçirilən tədbir Gəncə şəhəri, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarından olan gənc tibb işçilərini bir araya gətirib.
Konfransın açılışında dövlət və səhiyyə qurumlarının, həmkarlar ittifaqı strukturlarının və yerli təşkilatların nümayəndələri iştirak ediblər.
 
Konfrans çərçivəsində gənc tibb işçilərinin peşəkar inkişafı, regionlarda fəaliyyət imkanları, sosial rifahı və qarşılaşdıqları aktual çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün ən dinamik hissələrindən biri “Gənc Tibb İşçiləri arasında İntellektual Yarış”da komandalar tibbi bilik, klinik düşünmə, analitik yanaşma və komanda işi üzrə müxtəlif tapşırıqları yerinə yetiriblər. Yarışın yekununda qalib komanda müəyyənləşdirilib və mükafatlandırılıb.
 
Layihənin növbəti regional mərhələlərinin ölkənin digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.
ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Qazaxda ana və körpənin həyatı xilas edilib
Saatlı Rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə AKSİYASI
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Diabetlilər üçün qida seçimləri