Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
16.09.2026 17:58

21–26 sentyabr tarixlərində Azərbaycan Tibb Universitetinin tələbələri üçün ürək-damar və tənəffüs sisteminin sağlamlığının qiymətləndirilməsinə yönəlmiş ödənişsiz profilaktik müayinə aksiyası keçiriləcək.

 

Aztibb.az-ın məlumatına görə, aksiya çərçivəsində iştirakçılar ürək və ağciyər sağlamlığının əsas göstəricilərini yoxlamaq imkanı əldə edəcəklər.

 

Ödənişsiz müayinələrə daxildir:

•⁠ ⁠EKQ – ürəyin elektrik fəaliyyətinin qiymətləndirilməsi
•⁠ ⁠Spirometriya – ağciyərlərin funksional vəziyyətinin yoxlanılması
•⁠ ⁠Arterial təzyiq və ürək-damar göstəricilərinin qiymətləndirilməsi
•⁠ ⁠Laborator müayinələr və biomarkerlərin təyini
•⁠ ⁠Qısa sağlamlıq sorğusu
Kimlər iştirak edə bilər?
Azərbaycan Tibb Universitetinin 18–35 yaş arası tələbələri.

 

Tarix: 21–26 sentyabr
Məkan: Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası

 

İştirak tamamilə pulsuzdur.

 

Öz sağlamlığınızı vaxtında yoxlayın — ürəyinizin və ağciyərlərinizin vəziyyəti haqqında daha çox məlumat əldə edin.

Qeydiyyat və əlavə məlumat:
051 857 85 86

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Qazaxda ana və körpənin həyatı xilas edilib
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Dəridə səpgilər nədən xəbər verir?
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
Diabetlilər üçün qida seçimləri
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir  
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib