Ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkarlanması və damarlardakı daralmaların vaxtında müəyyən edilməsi həyati əhəmiyyət daşıyır, çünki bu patoloji dəyişikliklər çox vaxt heç bir ilkin əlamət büruzə vermədən, tamamilə səssiz irəliləyir.
Aztibb.az xəbər verir ki, Diaqnoz Tibb Mərkəzinin həkim-radioloqu, tibb üzrə fəlsəfə doktoru Aydın Mirzəyevin sözlərinə görə, koronar damarların vəziyyətini dərindən qiymətləndirmək və riskləri öncədən önləmək üçün KT Koronar Angioqrafiya ən vacib və təhlükəsiz diaqnostik üsullardan biridir.
Mərkəzdə tətbiq olunan 128 kəsikli və süni intellekt dəstəkli müasir «Siemens Healthineers SOMATOM go.Top» texnologiyası sayəsində müayinə qeyri-invaziv, son dərəcə sürətli və yüksək dəqiqliklə icra olunur.
Bu səbəbdən, hər hansı narahatlıq və ya risk faktoru müşahidə edildikdə ürək sağlamlığını təxirə salmamaq, həkim tövsiyəsi ilə zəruri görüntüləmə müayinəsindən vaxtında keçmək tövsiyə olunur.

