ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
15.09.2026 10:14
Azərbaycan səhiyyəsində davamlı tibbi təhsilin inkişafı və elmi tədbirlərin daha yüksək səviyyədə təşkili istiqamətində mühüm əməkdaşlığa başlanılıb.
 
Aztibb.az-ın xəbərinə görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub.
 
Əməkdaşlığın əsas məqsədi institutun elmi konfrans, seminar, forum və digər təhsil tədbirlərinin peşəkar şəkildə təşkilinə dəstək göstərməkdir.
 
“Azena Creative Agency” tədbirlərin planlaşdırılması, kommunikasiya strategiyası, iştirakçı qeydiyyatı və texniki təminat daxil olmaqla təşkilati proseslərin koordinasiyasında iştirak edəcək. Bununla yanaşı, tədbirlərin ictimaiyyətə düzgün təqdim olunması, vizual və video materialların hazırlanması, eləcə də informasiya dəstəyinin təmin edilməsi nəzərdə tutulur.
 
Bu tərəfdaşlıq tibbi bilik və təcrübənin paylaşılması üçün daha sistemli, müasir və effektiv platformaların formalaşdırılmasına xidmət edəcək. Birgə fəaliyyət ölkəmizdə davamlı tibbi təhsilin inkişafına mühüm töhfə verəcək.
ÇOX OXUNANLAR
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
 Ağdaşın Xınaqlı kəndində səyyar tibbi müayinələr keçirilib     
Qazaxda ana və körpənin həyatı xilas edilib
Professor Vəfa Pənahianın 60 illik yubileyi qeyd olunub
Dəridə səpgilər nədən xəbər verir?
Ağdərə rayonunun Vəngli kəndində səyyar tibbi aksiya təşkil olunub
Tədris Cərrahiyyə Klinikasında mürəkkəb üz deformasiyalarının korreksiyasına dair çoxkomponentli cərrahi əməliyyat icra edilib
Pirallahı Tibb Mərkəzində təlim: “Yıxılma riskinin qiymətləndirilməsi və ehtiyat tədbirlərinin görülməsi”
TƏBİB əməkdaşları kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunub
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Diabetlilər üçün qida seçimləri
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir