Naxçıvanda orta tibb işçiləri üçün keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb
16.09.2026 09:48

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” PHŞ-nin birgə təşkilatçılığı ilə Naxçıvanda orta tibb işçiləri üçün ilk dəfə keçirilən sertifikasiya imtahanının nəticələri açıqlanıb.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, sertifikasiya imtahanının nəticələrinə əsasən, 215 nəfər imtahanı müvəffəqiyyətlə keçərək sertifikasiyadan uğur qazanıb. Yekun nəticələrə əsasən, 48 nəfər müəyyən edilmiş tələblərə uyğun nəticə göstərməyib.

Beləliklə, iştirak edənlərin 81,7 faizi sertifikasiya imtahanından uğurla keçib.

Qeyd edək ki, sertifikasiya imtahanının nəticələri ilə hər bir iştirakçı Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının rəsmi internet səhifəsi olan snsk.az portalında şəxsi eyniləşdirmə kodu vasitəsilə tanış ola bilər.

 

Sertifikasiya imtahanının keçirilməsi orta tibb işçilərinin peşə bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, peşə hazırlığının müasir tələblərə uyğunluğunun müəyyənləşdirilməsi və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

ÇOX OXUNANLAR
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
Səhiyyə nazirinin müavini İtaliyada beynəlxalq səviyyəli görüşdə iştirak edib
 Milli Onkologiya Mərkəzdə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib   
Tez-tez nəcis ifrazı istəyi proktitin əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində geniş spektrli tibbi xidmətlər göstərilir   
Dəmir yolu vağzalında keçirilən tibbi aksiyada 250 nəfər oftalmoloji müayinədən keçirilib
Yeni Klinika reabilitasiya xidmətlərini Almaniya təcrübəsi əsasında inkişaf etdirir
Hərəkət azadlığının bərpası peşəkar yanaşmadan başlayır
1 yaşlı uşaq üzərində uğurlu əməliyyat
30 ildən çox dondurulmuş embriondan doğulan körpə artıq bir yaşındadır